“Baş verənlər Türkiyənin qondarma erməni soyqırımını tanıdığı anlamına gəlmir”

“Baş verənlər Türkiyənin qondarma erməni soyqırımını tanıdığı anlamına gəlmir”

Hazırda oxunan: “Baş verənlər Türkiyənin qondarma erməni soyqırımını tanıdığı anlamına gəlmir”

45239

“Rəcəb Tayyib Ərdoğan və Abdullah Gülüh açıqlaması Türkiyənin qondarma erməni soyqırımını tanıdığı və ya tanıyacağı anlamına gəlmir”.

Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Leyla Əliyeva bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi sadəcə 1915-ci il olaylarını və bu olaylar zamanı baş verən faciələri mənəvi baxımdan anladığını dilə gətirib:

“Türkiyə rəsmiləri bu açıqlamalarla işin mənəvi tərəfinə diqqət yetiriblər. Onlar bununla göstərmək istəyirlər ki, həmin illərdə baş verənlərin ağrı və sarsıntısını dərk edirlər, bundan məyusluq duyurlar. Lakin bu o demək deyil ki, Türkiyə bu soyqırımı tanıyır və ya tanıyacaq. Habelə, unutmaq lazım deyil ki, bu məsələdə cəmiyyətin mövqeyi də çox şeyi həll edəcək. Əgər Türkiyə hökuməti görsə ki, baş verənlər cəmiyyət tərəfindən ciddi təpgiyə səbəb olur, o zaman bu məsələdə çox da dərinə getməyəcəklər və bu kimi açıqlamalarla kifayətlənəcəklər”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO