Stokholmda qondarma erməni soyqırımı aksiyası baş tutmadı

Stokholmda qondarma erməni soyqırımı aksiyası baş tutmadı

Hazırda oxunan: Stokholmda qondarma erməni soyqırımı aksiyası baş tutmadı

45012

İsveçin paytaxtı Stokholmda bir neçə həftədir hazırlıqları gedən erməni və assuriyalıların qondarma soyqırım aksiyası baş tutmayıb. Buna səbəb aksiyaya heç kimin qatılmaması olub. Moderator.az xəbər verir ki, İsveç Erməni Federasiyası və assuriyalıların Stokholmun mərkəzi sayılan Sergel meydanında keçirdikləri aksiyaya turistlər belə biganə qalıb. İsveçdə 5 min erməni, 40 min assuriyalı yaşamasına və hava şəraitinin də əlverişli olmasına baxmayaraq, onlar mitinqdə iştirak etməyib, əvəzində isə piknikə getməyə üstünlük veriblər. 

İsveç Erməni Federasiyasının üzvləri və bir-iki assuriyalı aksiyanın baş tutmamasından və həmvətənlərinin passivliyindən pərişan olublar. Belə ki, qondarma erməni soyqırımı aksiyasında bayraqların sayı insanlardan çox olub. İştirakçılara paylamaq üçün hazırlanmış broşürlər də təşkilatçıların əllərində qalıb.

 

anspress.com


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO