MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına kimlər gələcək?

MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına kimlər gələcək?

Hazırda oxunan: MDB ölkələri Baş Qərargah rəislərinin Bakı toplantısına kimlər gələcək?

44067
MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin 2 gün sonra Bakıda keçirilməsi gözlənilən iclasında iştirak edəcək dövlətlərin sayı hələ də məlum deyil.

Bununla bağlı Trend-in sorğusuna cavab verən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Müdafiə Nazirliyi bununla bağlı məlumat verəcək: "İştirakçı ölkələrin sayı, nümayəndə heyətlərinin tərkibi və görüşün gündəliyi tam müəyyən edildikdən sonra rəsmi məlumat veriləcək".

Qeyd edək ki, aprelin 7-8-də Bakıda ilk dəfə MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin iclası keçiriləcək. Bir sıra yerli və Ermənistan KİV-lərində iclasda Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin də iştirak edəcəyi bildirilsə də, sonra bu məlumat təkzib edilib. Ukraynanın Azərbaycandakı səfirliyindən isə Trend-ə bildiriblər ki, Ukrayna MDB ölkələri Baş Qərargah rəisləri Komitəsinin Bakıda keçiriləcək iclasında təmsil olunmayacaq.

Xatırladaq ki, Ukrayna bir neçə gün öncə 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırdığı bəyan etmişdi. Bu barədə məlumat verən Ukrayna XİN-i bəyan etmişdi ki, 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure olaraq Birliyin iştirakçısı deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO