Daşqın Gülməmmədov: “Rusiya Qarabağa qoşun yığır”

Daşqın Gülməmmədov: “Rusiya Qarabağa qoşun yığır”

Hazırda oxunan: Daşqın Gülməmmədov: “Rusiya Qarabağa qoşun yığır”

43969
“Rusiya Dağlıq Qarabağda xüsusi təyinatlı mobil qruplar yerləşdirməyə başlayıb. Ermənistanla Rusiya işğal edilmiş Azərbaycan Respublikası ərazilərinin Rusiya Federasiyasına birləşdirilməsi üzrə gizli planın həyata keçirilməsinə başlayıb”.  Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov deyib.

D.Gülməmmədovun sözlərinə görə, Rusiya Baş Kəşfiyyat İdarəsi, Xarici Kəşfiyyat Xidməti, Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının icrasına verilmiş "Dağlıq Qarabağın federasiya subyekti statusunda Rusiyaya birləşdirilməsi" üzrə gizli planın ilkin etapları yerinə yetirilməkdədir: “Krımın işğal edilməsi və Ukraynada ictimai-siyasi vəziyyətin gərginləşdirilməsi ilə bağlı hələ 2013-cü ilin dekabrından Rusiya xüsusi xidmət orqanlarının xüsus planı var idi. İctimai rəyə bu barədə sizdirilmaları vitse-spiker V.Jirinovski vasitəsiylə ilkin məlumat sızdırıldı. Artıq 25 fevral 2014-cü il tarixdə Ukrayna kəşfiyyat xidməti Krımın işğal ediləcəyi ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən məlumatlandırılmışdır. Lakin yeni formalaşdırılmış Ukrayna höküməti prosesin qarşısını ala bilmədi. Əgər V.Jirinovski açıqca bəyanat verirsə ki, Dağlıq Qarabağı Rusiyaya birləşdirəcəyik bu ciddi siqnaldır. Bizə məxfi məlumatlat daxil olmaqdadır. Dünən axşam Yerevanın “Zvartnots” hava limanına enən Rusiya sərnişin təyyarəsində 100 nəfərlik Baş Kəşfiyyat İdarəsinə tabe olan xüsus diversiya qrupu olub. Onları sonradan 3 avtobusla Yerevan-Laçın istiqamətinə yola salıblar. Dağlıq Qarabağın separatçı rejimi Rusiyaya birləşdirilmə ilə bağlı ilkin hazırlıqlar görməkdədir. Həmçinin Ermənsitan Müdafiə Nazirliyi Vanadzor və Gümrü istiqamətində dislokasiya olunan hərbi hissələri mərhələlərlə  Xankəndi-Ağadərə-Tərtər perimetri boyunca olan ərazilərə göndərir. 

Daşqın Gülməmmədov deyir ki, əldə etdikləri informasiyalara görə, aprelin 10-dan sonra Gümrüdən Rusiyaya məxsus 50 tank Xankəndi-Ağacabədi arasındakı əraziyə yerləşdiriləcək.

Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO