“Mirşahin məntiqdən yoxsul adamdır”

“Mirşahin məntiqdən yoxsul adamdır”

Hazırda oxunan: “Mirşahin məntiqdən yoxsul adamdır”

43849

Mirşahindir də. Guya öz aləmində söz oynadır, amma anlamır ki, söz oynatmaq faktların başına ip salıb oynatmaq deyil”.

Bu sözləri Moderator.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Heydər Oğuz dünən “Hesabat” verilişində müəllifin millət vəkili İlyas İsmayılovun ünvanına səsləndirdiyi fikirləri şərh edərkən bildirib. Heydər Oğuza görə, Rusiyanın Krımı işğalı zamanı Azərbaycan siyasilərinin mövqeyini şərh edərkən müəllifin birdən-birə İlyas İsmayılova ilişməsinin heç bir məntiqi açıqlaması yoxdur:

“Mirşahin parlamentdəki məlum insidenti Rusiyapərəst qüvvələrin fəallaşması konteksində təhlil etməyə və Ədalət liderini də bu qüvvələrin təmsilçisi qismində göstərməyə çalışır. Hansı əsasla İlyas müəllimi ruspərəst kimi görür, bunu isə qətiyyən açıqlamır. Görünür, Mirşahində bu qənaəti formalaşdıran yeganə arqument İlyas İsmayılovun keçmiş sovet dövründə yüksək vəzifələrdə işləməsidir. Nəzərə alsaq ki, SSRİ dövrü bizim keçmiş tariximizdir və hər birimiz o vaxt hansısa yüksək, yaxud aşağı vəzifələrdə işləyirdik; belə çıxır ki, Azərbaycan xalqının ağlı kəsən hər bir vətəndaşı ruspərəstdir”.

Bu cür dayaz yanaşmanı məntiqsizlik kimi qiymətləndirən şair-publisist ANS yetkilisinə İlyas İsmayılovun Rusiya tərəfdarı olmadığını sübut edən bəzi faktları xatırlatmağı lazım bildi:

“Əvvəla, İlyas İsmayılov necə rusun adamıdır ki, onun oğlu Şimal qonşumuzun ərazisində sifarişlə həbsə alınır və 3 il müddətində haqsız yerə dustaq həyatı yaşayır, Rusiyanın adamı olan millət vəkili isə bütün səylərinə baxmayaraq öz oğlunu barmaqlıqlar arxasından xilas edə bilmir? İkincisi, haranınsa adamı olmaq üçün ya maddi, ya mənəvi cəhətdən ora bağlanmaq lazımdır. İlyas müəllimin isə nə şəxsən özünün, nə də onun övladlarının Rusiyayla heç bir ticari, iqtisadi və ya siyasi əlaqəsi yoxdur. Özü Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır, övladları isə mövcud geopolitik qütbləşmədə Rusiyanın rəqibləri sayılan ölkələrdə yaşayırlar. Belə vəziyyətdə İlyas İsmayılovun Rusiya qarşısında hansı öhdəliyindən söhbət gedə bilər?”

Mirşahinin dilə gətirdiyi “seçkidən seçkiyə seçilən” ifadəsini də tənqid edən Ədalət yetkilisinə görə, bu fikirlər “Hesabat” müəllifinin siyasi təfəkküründən xəbər verir: “Bu adam illər boyu siyasi-analitik proqramlar hazırlamasına baxmayaraq hələ də anlaya bilmir ki, siyasi partiyalar elə seçkidən-seçkiyə fəallaşmalıdırlar. Öz fikirlərini xalqa çardırmalı və məramlarını həyata keçirmək üçün ondan mandat almalıdırlar. Mirşahin əgər bunu nəzərdə tutursa, belə çıxır ki, o hətta siyasətin əlifbasından belə xəbərsizdir. Yox, əgər nəzərdə tutduğu mandat alandan sonra lal deputata çevrilməkdirsə, yenə yanılır. İlyas müəllim digər bir çox məsləkdaşları kimi susmağı qızıl, danışmağı gümüş hesab edənlərdən olsaydı, nə Milli Məclisin spikerinin iradiyla qarşılaşar, nə də Mirşahin onun dediklərinə bu cür əcaib şərhlər verərdi”.

Bu fikrin davamında şair-publisist onu da əlavə etdi ki, İlyas İsmayılov hər zaman hüququn üstünlüyünü siyasi həyatının əsas qayəsi olaraq görmüş, rastlaşdığı qanun pozuntularına qarşı həmişə mübarizə aparmış və aparmaqdadır: “Əslində son insidentin baş verməsinin başlıca səbəbi də sədrimizin bu cür israrlı mübarizə ilə qanunsuzluq üstünə getməsi və ədalətsizliklər üzərində bərqərar olmuş mövcud rejim sahiblərini qıcıqlandırmasıdır. Görünür, bu əsəb mübarizəsində gərginliyə tab gətirməyən qarşı tərəf öz emosiyalarına hakim ola bilməmiş və məlum reaksiyanı vermişdir. Bu da İlyas İsmayılovun apardığı mübarizənin artıq nəticə verməsinin əlamətidir və onun Rusiya-Azərbaycan münasibətlərinə qətiyyən dəxli yoxdur.”

Qanun pozuntularına qarşı mübarizənin ictimaiyyətə düşmən hiyləsi kimi təqdim olunmasının özünü əslində düşmən dəyirmanına su tökmək kimi qiymətləndirən Heydər Oğuz son olaraq Mir Şahini və onun ideya rəhbərlərini siyasi uzaqgörənliyə dəvət etdi: “Hər hansı cəmiyyətə ədaləti düşmən fikri kimi təqdim etsən, özün isə ədalətsiz və qanunazidd hərəkətlərindən əl çəkməsən iradəsinə söykəndiyin xalqı xarici qüvvələrin qucağına atmış olarsan. Nə yazıq ki, artıq uzun müddətdir bizim cəmiyyətimizə bütün müsbət ideyalar xarici qüvvələrin qəbuledilməz tələbləri kimi, bütün mənfi xüsusiyyətlər isə milli dəyərlər kimi təqdim olunur. Beləcə millət özünə nifrət edib xarici qüvvələrin ədalətinə bel bağlayır. Bu isə milli iradənin zəifləməsinə gətirib çıxarır və dövlət suverenliyini təhlükə altına qoyur. Hakimiyyəti qanuna riayət etməyə çağıran İlyas İsmayılova ruspərəst damğasının vurulması da şüurlu və ya şüursuz şəkildə həyata keçirilən bu siyasətin tərkib hissəsidir. Niyə Konstitusiya maddələrinin pozulması, hökumət nümayəndələrinin özbaşınalığı milli dövlətçilik dəyəri, bunu tənqid etmək isə anti-milli siyasət kimi qiymətləndirilməlidir? Zorla buna inandırılan xalq özünü yerli məmurların özbaşınalığından qurtarmaq üçün bütün ümidlərini hansısa xarici qüvvələrə bağlamazmı? Ən əsası isə kimdir xaricpərəst qüvvə-özbaşınalıqlarıyla xalqı ölkəmizin ərazilərində gözü olan qüvvələrin qucağına atanlarmı, yoxsa insanları dövlətindən küsdürən bu siyasətə qarşı çıxanlarmı?”

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO