Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Gənclər Təşkilatının konfransına hazırlıq işləri başlayıb. Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Nicat Kamal bildirib ki, qurumun sədrliyinə iki namizəd var: İsmi Şahzadə və Tural Hüseynli: “Konfransın aprelin ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Başqa namizədlərin də olması ehtimalı var”.
Martın 13-də Vətəndaş Həmrəyliyi Partiyası Gənclər Təşkilatı Məclisinin yığıncağı keçirilib. Gənclər Təşkilatının sədri Pünhan İmamlı iki illik səlahiyyət müddəti bitdiyi üçün istefa verib. Sədrin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vüsal Namiqoğluna həvalə edilib. Gənclər Təşkilatının Məclisi də özünü buraxıb, konfransa hazırlıq üzrə 5 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb.




































































































