Moderator.az-a açıqlamasında Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər və prezidentin rəsmi nümayəndəsi olan Söyün Sadıqov Azərbaycan nəşrlərinin onun haqqında absurd fikirlər səsləndirmələrinə münasibət bildirib. Onun sözlərinə görə, bu məsələyə o təəcüüblə yanaşır:
“Mən Azərbaycan vətəndaşı deyiləm. Lakin mən Rusiyada olsam belə, azərbaycanlıları hakimiyyətdə deputat, siyasətçi və elit təbəqə kimi görmək istəyirəm. Azərbaycanda müxalifəti maliyyələşdirməyə və ya onlara maliyyə dəstəyi etmək üçün kifayət qədər azərbaycanlı var. Qoyun onlar öz talelərini həll etsinlər. Nə üçün dünya ölkələrində erməni lobbisi Azərbaycan lobbisindən güclüdür? Çünki onlar belə ucuz şeylərə əhəmiyyət vermirlər və heç vaxt heç bir erməni nəşri belə dezinformasiya yaymaz.”




































































































