Kəlbəcər köçkünü Əli Həsənova müraciət etdi - VIDEO

Kəlbəcər köçkünü Əli Həsənova müraciət etdi - VIDEO

Hazırda oxunan: Kəlbəcər köçkünü Əli Həsənova müraciət etdi - VIDEO

42517
Azərbaycan Respubilkasının Prezidentinin müvafiq sərəncamı ilə  dövlət büdcəsi hesabına qaçqın və məcburi köçkün ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ayrı-ayrı bölgələrdə  evlər tikilir.Gəncədə məskunlaşan Kəlbəcər rayon Tövlədərə kənd sakini Fərzəliyev Ədalət Cəfər oğlu  “Qaçqınkom” tərəfindən üzləşdiyi ədalətsizliyə etiraz əlaməti olaraq Moderator.az-a müraciət edib.

Müraciətdə deyilir:

”Mən Gəncə şəhəri Gülüstan qəsəbəsində ADAU-nun yataqxanası ətrafında ayrı təsərrüfat olmağıma baxmayarq əlacsızlığımdan 20 ildir ki, atamla bir yerdə yaşayıram.Ailə tərkibim 5 nəfər olmasına baxmayarq, azyaşlı əlill övladım da var.Özüm də 2-ci qurup əliləm.Bunları yazmaqda məqsədim ondan ibarətdir ki,Gəncə şəhərində 1500 ailə üçün nəzərdə tutulan 5 mərtəbəli 25 bina inşa edilib. Hal-hazırda həmin binalara Gəncədəki tələbə yataqxanalarından, eləcə də boşaldılması vacib olan inzibati binalardan əsasən Kəlbəcərdən olan məcburi köçkünlərin çıxarılması prosesinə başlanılıb.Amma məcburi köçkünlərin yeni salınan massivdə yerləşdirilməsi zamanı ətraf rayonlarda məskunlaşan köçkünlərə qeyri-qanuni  evlər verilir.Mən son iki ildə dəfələrlə “Qaçqınkom”a çoxsaylı müraciətlər etməyimə baxmayaraq  bu gün də yenə evlərin paylanmasından kənarda qalmışam. Sonda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov cənablarına  bir sual ünvanlayıram.Nədən müxtəlif rayonların kənd və qəsəbələri ərazisində məskunlaşan, hətta məcburi köçkün olmayan insanlara Gəncə şəhərində yaşamadıqları halda yeni salınan köçkün şəhərciyində evlər verilir? Mən ümid edirəm ki, komitə bu iddialara və adları aşağıdakı siyahıda əks olunan şəxslərin həmin qəsəbədən hansı şərtlər daxilində mənzillə təmin olunmalarına aydınlıq gətiriləcək, həmçinin də  mənim mənzillə bağlı problemimi həll edəcək. Ümidvaram ki, bütün köçkün ailələri arasında “Qaçqınkom”un səlahiyyətliləri tərəfindən  bəzi mənzillərin açıq-aşkar pulla satılmasıyla bağlı camaat arasında səsləndirilən fikirləri, faktları komitə rəhbərliyi  araşdırılıb müvafiq ölçülər götürüləcək.

1)    Mamedov Hafiz Murad               (Zərdab rayon Bəyimli qəsəbəsi)
2)   Mamedov Nurəhməd Murad         ( Zərdab rayonu Bəyimli qəsəbəsi)
3)    Həsənov Xalid Vaqif                     ( RF vətəndaşı Tərtər r-n (Kəlbəcər sakini)
4)    Şahbəndiyeva Məleykə Sadıq        (Tərtər rayonu )
5)    Xudaquluyev Zimistan Ələstan    ( Goranboy r-n Qazanbulaq qəsəbəsi)
6) Şükürov Nəriman Xudaverdi      ( Göygöl r-n  Balçılı kəndi)
7) Şükürov Zakir Yusif                   (Göygöl r-n Xasabağı)
8) Alıyeva Kifayət Namazalı         (Ağdam r-n Baharlı qəsəbəsi)
9) Şükürov Qurban Xudaverdi          (Göygöl r-n Qızılca kəndi)
10) Hüseyinov Xəqani Müseyib         (Ağcabədi r-n Şuşa köçkünü)
11      Həsənov Əli İmamaverdi             (Goranboy r-n Börü kəndi)
12)    Yusibova Marina Elburus             ( RF-sının vətəndaşı)
13)     Çobanova Suqra Niftəli                (Bərdə r-n Şuşa köçkünüdür)
14) Abdullayev Fazil Həbib             ( Göygöl r-n Qızılca kəndi)
15) Hümbətov Natiq Həsən            (Gəncə Gülüstan qəsəbəsi Qərargah ətrafı)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO