Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç haqqında həbs qərarı çıxıb.
Avropa.info- nun xarici mətbuata istinadən məlumatına görə, Ukraynada müvəqqəti olaraq daxili işlər nazirinin vəzifəsini icra edən Arsen Avakov Yanukoviç üçün həbs qərarı verildiyini açıqlayıb. Avakarov Yanukoviçin Krıma getdiyini, rəsmi cangüdənlərindən ayrıldığını və sonra da avtomobili ilə naməlum istiqamətə getdiyini öz şəxsi facebook səhifəsində yazıb.
Daxılı işlər naziri Yanukoviç və bir neçə şəxs haqqında mülki şəxsləri kütləvi öldürmə əmri verdikləri üçün həbs qərarı çıxarıldığını bildirib.



































































































