Fərhad Əliyev Bakıya qayıtdı

Fərhad Əliyev Bakıya qayıtdı

Hazırda oxunan: Fərhad Əliyev Bakıya qayıtdı

42021
Həbsdən çıxandan sonra Böyük Britaniyaya yollanan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycana qayıdıb. Məlumatı “Media forum” saytına Fərhad Əliyevin yaxınları verib.
Yaxınları bildiriblər ki, sabiq nazirin səhhəti yaxşıdır, hər hansı problemi yoxdur, Bakıda istirahət edir.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir həbsdən çıxdıqdan bir müddət sonra Londona getmişdi. Londonda onun oğlu təhsil alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO