Əli İnsanovun vəkili YAP-çı deputata məsləhət verdi

Əli İnsanovun vəkili YAP-çı deputata məsləhət verdi

Hazırda oxunan: Əli İnsanovun vəkili YAP-çı deputata məsləhət verdi

40914

YAP-ın danışan dillərindən bir olan Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, Əli Insanov ona heç bir halda kömək etməyəcək səhv bir taktika seçib.

“Biz demokratik ölkədə yaşayırıq. Əli Insanov apelyasiya şikayəti verib, məhkəmə də onun şikayətinə baxır. Insanov isə törətdiyi əməllərə haqq qazandırmaq əvəzinə hakimiyyəti ittiham etməyə başlayıb. Bu da yaxşı taktika deyil və sabiq nazirə kömək etməyəcək. Azərbaycanda ədalət mühakiməsi var, hamı qanun qarşısında bərabərdir. Əli Insanov deyir ki, o, hakim Yeni Azərbaycan Partiyasının qurucularından biridir. Bunu heç kim inkar etmir. Amma hər hansı partiyanın üzvü olmaq heç kimə əlavə imtiyaz, üstünlük də vermir. Istənilən adam, hər kəs, o cümlədən hakim partiya üzvləri də partiya mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir”, - deyə S.Novruzov bildirib.

Novruzovun bu açıqlamasına Əli Insanovun vəkili Toğrul Babayevin cavabı çox lakonik oldu: “Siyavuş Novruzov hakim işləyir, yoxsa məhkəmənin sədridir? Getsin işiylə məşğul olsun”.

azadlıq.info
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO