Aşura günü ilə bağlı ölkə ərazisində 1008 nəfər qan verdi

Aşura günü ilə bağlı ölkə ərazisində 1008 nəfər qan verdi

Hazırda oxunan: Aşura günü ilə bağlı ölkə ərazisində 1008 nəfər qan verdi

36657
Bu gün Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir. ANS PRESS-in Təzə Pir məscidində olan müxbirinin verdiyi məlumata görə, məsciddə indiyə kimi 156 nəfər qan verib. Respublika ərazisində indiki saata qədər 1008 nəfər qan verib.

Qeyd edək ki, bu gün 14 məkanda qan verilir. Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

1. Yasamal rayon - Təzə-pir məscidi 
2. Yasamal rayon - Hacı Soltanəli məscidi 
3. Səbail rayon - Bibi-Heybət ziyarətgah məscidi 
4. Səbail rayon - İçəri-şəhər Cümə məscidi 
5. Suraxanı rayon - Qaraçuxur məscidi 
6. Xəzər rayon - Mir Mövsüm ağa ziyarətgah məscidi 
7. Nizami rayon - Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhər - Cümə məscidi 
9. Gəncə şəhər - İmamzadə ziyarətgah məscidi 
10. Mingəçevir şəhər - Heydər məscidi 
11. Şəki şəhər - Cümə məscidi 
12. Lənkəran şəhər - Böyük bazar məscidi 
13. Bərdə şəhər - Cümə məscidi 
14. Nəsimi rayon - Hacı Əjdərbəy məscidi

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası (QŞ) Aşura mərasimləri ilə bağlı fətva verib. Fətvada dindarlara başsağlığı verilib və İmama Hüseyn Əleyhissəlamın və onunla birgə şəhid olan müsəlmanların əzadarlığını İmamın şəninə layiq şəkildə keçirilmək tövsiyə olunub. Qeyd olunub ki, mərasimlərdə Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, Vətən uğrunda şəhid olanların xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər.

Fətvada o da bildirilib ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə tibbi ehtiyaclar üçün gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsi kimi örnək olmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO