Hökumət qəzetinin işçiləri Oqtay Əsədovdan kömək istəyir

Hökumət qəzetinin işçiləri Oqtay Əsədovdan kömək istəyir

Hazırda oxunan: Hökumət qəzetinin işçiləri Oqtay Əsədovdan kömək istəyir

30412

"Bəxtiyar Sadıqovun “Azərbaycan” qəzetinə baş redaktor təyinatından sonra bu qəzetdə uzun illərdən bəri çalışan jurnalistlərə qarşı ədalətsizliklər baş qaldırıb. Jurnalistlərin yaradıcılığına açıq şəkildə maneçilik törədilir". 

Moderator.az-ın məlumatına görə, bu fikirlər adıçəkilən qəzetin bir qrup əməkdaşının "Bizim Yol"a yolladıqları elektron müraciətdə əks olunub. Qəzet əməkdaşları baş redaktoru avtoritarizmidə günahlandırır: “Jurnalist azad olmalıdır. Heç bir jurnalist Bəxtiyar Sadıqovdan izn almadan yaxınlıqdakı kafedə belə nahar etməyə düşə bilmir. Sovet dövründə olduğu kimi tabel tərtib olunub. İşə gəlmə və işdən getmə saatı mütləq yazılmalıdır. Kiminsə ailəsi, uşağı xəstədirsə onu xəstəxanaya apara bilmir. Çünki, Bəxtiyar Sadıqov buna imkan vermir. Həyatının bir uzun illərini bu qəzetə həsr edən Flora xanıma qarşı ədalətsizlik edilir. Bir neçə ildir ki, qəzetdə Flora Xəlilzadə imzası ilə yazan jurnalistdən tələb edir ki, soyad sonluğundan imtina etsin. Həmçinin, jurnalistlər üçün inşa olunan mənzillərlə bağlı Bəxtiyar Sadıqov da özündən siyahı hazırlamışdı. Amma etirazlar nəticəsində nəhayət ki, bu siyahı dəyişdirildi”.

Məktubda onu da qeyd edirlər ki, “Azərbaycan” qəzetinin rəsmi təsisiçi olan Milli Məclisə müraciət etmək niyyətindədirlər: “Biz Milli Məclisin sədri Oqtay Əsədova real durumu çatdırmaq niyyətindəyik. Hələlik, sizə yazdıqlarımız “Azərbaycan”da olanların 1 faizidir. Yaxın zamanlarda bu qəzetdə nələrin baş verməsinin özünüz şahidi olacaqsınız”. İttihamlarla bağlı qəzetimizə açıqlamasında baş redaktor Bəxtiyar Sadıqov bunları bildirib: “Mən özüm bilərəm ki, qəzetimi necə idarə edirəm. Bunun başqalarına nə aiddiyyatı var. Bu adamlar gedib, məxfi məktublar yazmaqdansa ortalığa çıxıb, kişi kimi söhbət eləsinlər. Sözlərində haqlıdırlarsa, niyə kimliklərini gizlədirlər? Mən bilirəm ki, bu söhbətlər haradan qaynaqlanır. Amma əhəmiyyət vermirəm. Çünki, mən işimdə düzgünəm”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO