İşğalçı ölkənin geniş tərkibli nümayəndə heyəti “en”-ci dəfə Azərbaycanınxa0 hüquqi dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza səfər edib.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı erməni nəşrlərinin verdiyi məlumata görə, Ermənistanın müdafiə naziri David Tonoyan, ərazi idarəetmə və inkişaf naziri Suren Papikyan,xa0 İrəvan merixa0 Hayk Marutyan, bir sıra mərzlərin qubernatorları və s. məmurların daxil olduğu heyət qondarma rejimin başçısı Bako Saakyanla görüşüb. Sonra düşmən ölkə hökumətinin üzvləri separatçı-terrorçu rejimin qanunsuzxa0 “ordu”sunun qərargahında “iki erməni dövləti”nin müdafiə və mülki müdafiə sahələrindəki qarşılıqlı əməkdaşlığı çərçivəsində komandanlıq vəə zabit heyəti ilə təlim toplantısı keçirib, hərbi təyinatlı məhsullar istehsal edən müəssisələrə, bir neçə qanunsuz hərbi hissəyə baş çəkiblər.xa0

Səfərin ikinci günü işğalçı ölkə rəsmiləri separatçı məmurlarla birgə Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisindəki yüksək dağ səngərlərində mövqe tutan erməni hərbi hissələrindən birinə baş çəkib, işğalçı hərbçiləri erməni Pasxası münasibətilə təbrik edib, onların xidmət və məişət şəraiti ilə maraqlanıb, Azərbaycan ordusunun hücum edəcəyi halda həyata keçiriləcək birgə tədbirləri müzakirə ediblər.
Sultan Laçınxa0xa0






































































































