“Ermənistan həm bundan öncə, həm də bu günün özündə öz mənfur əməllərindən əl çəkmir, yalan, dezinformasiya dolu məlumatlar yayır, iftiralar səsləndirir. Bu səbəbdən də bizim daim ayıq-sayıq olmağımız vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Politoloq ermənilərin törətdiyi vəhşiliklərlə bağlı beynəlxalq miqyasda görülən işlərin gücləndirilməsinin də vacib olduğunu vurğulayıb:
“Biz erməni vəhşilikləri ilə bağlı təbliğat işimizi gücləndirməliyik. Əgər təbliğat işimizi gücləndirməsək, erməni yalanlarını, vəhşiliklərini ifşa etmək üçün səylərimizi artırmasaq, o zaman dünyaya onların mənfur əməllərini, məkrli niyyətlərini çatdıra bilməyəcəyik. Biz göstərməliyik ki, özləri vəhşi olan ermənilər bizi dünyaya vəhşi kimi təqdim etməyə çalışır, digər yandan isə həm də bizim torpaqlarımıza sahib olmağa cəhd edirlər.
Biz ermənilərlə bağlı əsl həqiqəti beynəlxalq ictimaiyyətə çatdırmaq üçün səylərimizi artırmalıyıq. Bu, bizim qarşımızda duran ən vacib məsələlərdən biridir”.
xa0
Seymur Əliyev


































































































