İstanbulda öldürülən qanuni oğru Rövşən Lənkəranskinin yas məclisi başa çatıb
Bu barədə xa0Lənkərandan məlumat verilib. Məşhur avtoritetin üç məclisi verilib və məzarı ziyarət olunub.
Yerli sakinlərin və mərhumun dostlarının isə təziyəsi davam edir. Hələ də insan seli Lənkəranskinin ata evinə axışır, ailəsinə başsağlığı verilir. Məlumata görə, insanlar onun ölümünə inanmır və möcüzə baş verəcəyini gözləyir.xa0
Anası Hacı Məsudə Rövşənsiz yaşaya bilməyəcəyini söyləyib. O, nəvələrinin atası ilə qürur duyacağını da yas məclisində vurğulayıb.xa0
Qeyd edək ki, avqustun 18-də, Beşiktaş səmtində güllələnən azərbaycanlı kriminal avtoritet, Rövşən Lənkəranski ilə birlikdə iki nəfər də olub. Onlardan biri Tahir Can olub. Lənkəranski ilə güllələnən və hazırda yaralı olan şəxs Mais Axundovdur.xa0
Uzun illər Ukraynada yaşayan M.Axundov R.Lənkəranskinin qohumudur. Eyni zamanda Lənkəranskinin mühafizəçisi işləyirdi. M.Axundov R.Lənkəranskiyə silahlı hücum zamanı avtomobildə olub və bir neçə güllə yarası alıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan M.Axundov hazırda müalicə olunur.(Politika.Az)






































































































