"Ölkəmiz üçün bundan daha önəmli bir gün yoxdur" -Fikrət Qoca

Hazırda oxunan: "Ölkəmiz üçün bundan daha önəmli bir gün yoxdur" -Fikrət Qoca

140658

Xalqımzın rəsmi bayramlarından biri olan  “15 iyun Milli Qurtuluş Günü”x9d  hər il dövlət səviyyəsində anılır. Tədbirlər təşkil olunur, paytaxtda  əsl bayram ab-havası hiss olunur.

Bu günün həyatımızdakı önəm və dəyəri, əhəmiyyəti haqqında Azərbaycan Yazıçılar Birliyinin I Katibi, Xalq Şairi  Fikrət Qoca  Moderator.az saytına  açıqlama verib.

Milli Qurtuluş gününün dövlətçiliyimizdə,  ölkəmizinin müstəqilliyində əvəzsiz rolu olduğunu vurğulayan Xalq Şairi, 15 iyun  münasibətilə  Azərbaycan Yazıçılar Birliyində də tədbir təşkil olunacağını qeyd edib.

“Prezidentimiz Milli Dirçəliş Günü münasibətilə hər il tədbir təşkil edir, bu günün  tarixi əhəmiyyəti, həyatımızdakı yeri barədə geniş məlumat verilir.  Azərbaycan üçün bundan daha önəmli bir gün demək olar ki,  yoxdur. 
Azərbaycan Yazıçılar Birliyi də Qurtuluş Günü münasibətilə tədbir təşkil edəcək, sənət, söz adamları toplanıb  poeziya günü keçirəcək. Yeni şeirlər oxunacaq, bu günə həsr olunmuş əsərlər, yazılar dilə gətiriləcək. Əslində elə sənət adamlarının bayramı belə olur,  bir yerə yığışırıq, hərə bir şeir oxuyur, bax beləcə bayram etmiş oluruq".  

Xalq şairi onu da qeyd edib ki, bu il Qurtuluş günü Bakıda keçiriləcək  Formula 1”x9d yarışları ilə eyni vaxta təsadüf etdiyindən AYB bayram tədbirini başqa gün qeyd edəcək: "Bizim qurumun yarışların keçiriləcəyi yolun üstündə yerləşməsi səs-küyün olmasına səbəb olacaq. Bu səbəbdən gərək Qurtuluş gününü  elə bir gün  təşkil edək  ki,  şəhərdə sakitlik olsun. 
Qurtuluş günü münasibətilə, həmçinin yazarlarımızın məktəblilərlə görüşləri təşkil edib, təhsil ocaqlarında keçirilən bayram tədbirlərində iştirak edirik və edəcəyik". 

Kəmalə Yusifli                                 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO