Mayın 16-da ATƏT-in vasitəçiliyi ilə Rusiya, Birləşmiş Ştatlar və Fransanın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşləri ətrafındakı müzakirələr səngimək bilmir. ABŞ kəşfiyyatının “kölgəsi”x9d hesab olunan “Stratfor”x9d mərkəzinin təhlilində də bu məsələyə geniş yer ayrılıb.
Mərkəz bildirir ki, Azərbaycan və Ermənistan tərəfi sülh danışığına razı olsalar da, mayın 17-18 atəşkəs pozuntuları qeydə alınıb. Aprel hadisələrinin münaqişənin həllinin vacibliyini gündəmə gətirdiyini qeyd edən “Stratfor”x9d mərkəzi narahatlıq doğuran məsələlərdən biri kimi oxşar hadisələrin digər post-sovet ölkələrində də baş verdiyini bildirib. Misal olaraq da, Şərqi Ukrayna önə çəkilib.
Mərkəz Ukrayna və Dağlıq Qarabağ münaqişəsinin kökünün Rusiyaya gedib çıxdığını yazır: “Hər iki münaqişənin yerləşdiyi Şərqi Avropa və Qafqazda Rusiya və Qərbin maraqları var. Bu baxımdan, diplomatik danışıqlar bəzi ölkələrin, xüsusilə Rusiyanın maraqlarına cavab vermir. Faktiki olaraq, bu münaqişələrin idarəolunan olması ona daha sərfəlidir”x9d.
“Stratfor”x9d Ukraynada olduğu kimi, Dağlıq Qarabağda da kompromislər və siyasi danışıqlar imkanının olduğunu qeyd edir: “Lakin dəfələrlə razılaşmalara baxmayaraq, uzunmüddətli atəşkəsin olması ehtimalı azdır. Bu baxımdan, Ukraynada olduğu kimi Dağlıq Qarabağda da atəşkəs haqda razılaşmalar olsa da, silahlı qarşıdurmanın davam etməsi gözləniləndir. Hətta ən yüksək səviyyədə öhdəliklər belə müharibənin davam etməsinin qarşısını ala bilmir”x9d.
Göründüyü kimi, atəşkəs ehtimalının az olduğunu vurğulayan mərkəz faktiki, müharibə anonsu verib.
Hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, digər hesabatlar hazırlayan xarici qurumlardan fərqli olaraq, “Stratfor”x9d daha çox etibarlı mənbələrə önəm verir: “Belə xəbərlərə hörmətlə yanaşıram. İndiki şəraitdə regionda ciddi gərginlik var. Buna görə müharibənin başlanması hər an mümkündür. Təhlili aparan yoldaşlar bunu gözəl bilirlər. Etika xətrinə bəzi məsələlərin üstündən adlayırıq. Regionda vəziyyətin gərgin olmasında şimal qonşumuzun rolunun olduğu şübhəsizdir. Bu, bir sıra faktorlarla bağlıdır. Onlardan biri silah satışıdır, dünyada özünü regionun sahibi kimi göstərməsidir. Bəzən olur ki, Rusiya tərəflərin qarşı-qarşıya olmasında maraqlı görünür. Hətta özləri qarşı-qarşıya gətirir. Apreldə çoxsaylı insan ölümü ilə nəticələnən hadisəni də Rusiyanın ayağına yazmaq lazımdır. Son vaxtlar Rusiya regionda vəziyyətin gərginləşməsi üçün addımlar atır. Bu da dünyanın aparıcı təhlil mərkəzlərinin diqqətindən qaçmır. ”x9dStratfor" buna misaldır. Müharibənin olub-olmaması konkret vəziyyətə əsaslanır. Nəzəri baxımından bu, istənilən an mümkündür".
Hərbi ekspert Ukrayna və Azərbaycanın son ana qədər ərazi bütövlüyü uğrunda mübarizə aparacağını da qeyd etdi: “Nə Ukrayna, nə də Azərbaycan ərazi bütövlüyündən vaz keçməyəcək. Bunu Qərb gözəl bilir. Atəşkəslər vəziyyəti xarakter daşıyır. Çünki tərəflər münaqişənin həlli üçün müxtəlif variantları irəli sürürlər. İyun ayında çox rahatlıqla Dağlıq Qarabağda müharibə başlaya bilər. Bunu hamı kimi biz də deyirik. Vyana görüşündən sonra ermənilər təxribatlarından əl çəkmirlər. Görüşün ertəsi gün bir əsgərimiz şəhid oldu. Sərkisyan hakimiyyətini qorumaq üçün istənilən təxribata gedə, Rusiya da buna dəstək verə bilər. Çünki Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Sadəcə, boşuna özünü danışıq cəhdinin tərəfdarı kimi göstərir. Ermənistana kömək edib vəziyyəti daha da qızışdırır. Apreldəki hadisələrdə də ən çox canfəşanlıq edən Rusiya oldu. Rəhbərlik səviyyəsində hara baxdıqsa, onları gördük. Qərb də işə qarışdı. Çünki gözəl bilirdi ki, vəziyyətə nəzarət etməsə, regionda qüvvələr fəallaşar. O qüvvələrin də başında Rusiya dayanar”x9d.(musavat.com)

































































































