Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb...

Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb...

Hazırda oxunan: Dünyanın ən yaxşı universitetlərinin reytinqi açıqlanıb...

135230
Böyük Britaniyanın "Times Higher Education" jurnalı dünyanın ən yaxşı universitetlərinin reytinqini - "World Reputation Ranking-2016"nı açıqlayıb. Siyahıya dünyanın müxtəlif guşələrindən 100 universitetin adı daxil edilib.

Ötən il olduğu kimi, birinci yeri Harvard universiteti (ABŞ) tutub. İkinci pillədə Massaçusets Texnologiya İnstitutu (ABŞ), üçüncü yerdə Stenford universiteti (ABŞ) qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri Böyük Britaniyanın Kembric və Oksford universitetləri tutub.
"World Reputation Ranking-2016"da Azərbaycan universitetlərindən heç birinin adı yoxdur.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO