Mayın 8-də erməni işğalçı qüvvələrinə yeni sarsıdıcı zərbə vurmaq üçün fürsətdir

Mayın 8-də erməni işğalçı qüvvələrinə yeni sarsıdıcı zərbə vurmaq üçün fürsətdir

Hazırda oxunan: Mayın 8-də erməni işğalçı qüvvələrinə yeni sarsıdıcı zərbə vurmaq üçün fürsətdir

133353
Rusiyalı ekspert Qarabağda yeni savaşın tarixini açıqladı; Oleq Kuznetsov: “Şuşanın işğal günü - mayın 8-də erməni işğalçı qüvvələrinə yeni sarsıdıcı zərbə vurmaq üçün fürsətdir, Moskva azı, 3 gün susacaq, çünki...”x9d
Qarabağ münaqişəsi zonasında nə hərb, nə də sülh vəziyyəti davam edir. Bu, o deməkdir ki, mövcud status-kvo aprelin 2-də olduğu kimi, istənilən an qaynar fazaya keçə bilər. Ən böyük təhlükə də budur. 

Əksər ekspertlərə görə, əgər 4 günlük savaşdan sonra problemin dinc nizamlanmasında ciddi hərəkətlilik və nəticə olmasa, konfliktin buzu təzədən açılacaq və bu dəfə atəşkəs əldə eləmək, ola bilsin, əvvəlkindən qat-qat çətin olsun. Üstəlik, qarşıdan Azərbaycanın hərbi kampaniya aparması üçün əlverişli yay mövsümü gəlir.

Yəqin ki, belə bir perspektivi ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri də yaxşı anlayır. Hələ ki onlardan biri - Rusiya fəal Qarabağ təşəbbüskarlığı içindədir. Ancaq nə dərəcədə bu, ciddi və səmimi xarakter daşıyır, Moskva doğrudanmı ixtilafın həllində irəliləyişin olması üçün öz forpostu Ermənistana təzyiq eləmək niyyətindədir, indilikdə bu kimi suallar açıq qalır. 
Yəqin ki, önümüzdəki həftələrdə onlara bitkin cavablar olacaq. Məhz ondan sonra bəlli olacaq ki, münaqişə ətrafında situasiya hərb variantı üzrə inkişaf edəcək, yoxsa sülh? 

Bir şeyi dəqiqliklə söyləmək olar ki, mövcud status-kvonun olduğu kimi qalması Azərbaycana sərf eləmir və işğala məruz qalmış tərəf kimi o, uzun müddət buna dözüm göstərməyəcək. Ən əsası, buna artıq hamı, o cümlədən həmsədr dövlətlər əminlik hasil edib. Sülh gecikərsə, boşluğu yüzdə yüz müharibə tutacaq. 

***
“Mən əmindən də artıq əminəm ki, ilk qələbələri dadan azərbaycanlı hərbçilər bundan sonra da Qarabağdakı işğalçı erməni qüvvələrini zəbt edəlikləri ərazilərdən sıxışdırmaq üçün onlara zərbələr endirməkdə davam edəcək”x9d. Bu barədə rusiyalı siyasi analitik Oleq Kuznetsov münaqişə zonasında yeni hərbi eskalasiyanın mümkünlüyünü vesti.az saytına şərh edərkən bildirib.

“Şəxsən mən buna mane olacaq hər hansı siyasi, hərbi səbəb görmürəm”x9d - analitik qeyd edib: “Yeganə real maneə yalnız erməni əsgər və zabitlərinin açıq döyüşdə azərbaycanlı hərbçiləri məğlubiyyətə uğratması ola bilər ki, bunun üçün də heç bir real zəmin görmürəm. ”x9dQarabağın müdafiə ordusu" deyilən bir “ordu”x9d öz səngərində ölməyə məhkumdur - özünün hərbi-texniki sahədə geriliyinin yerini yeni-yeni qurbanlarla doldurmaqla". 

Ekspertə görə, Azərbaycan Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrini əldən salma kursu götürüb və bu strategiya İrəvanda nə qədər etiraf etməkdən çəkinsələr də, labüd uğura gətirəcək: “Üstəlik, mən təmas xəttində növbəti kəskinləşmənin tarixini də açıqlaya bilərəm”x9d. 

Politoloq bu xüsusda deyib: “Mayın 8-i yaxınlaşır. Bu, erməni silahlı birləşmələri tərəfindən qeyd edilən Şuşanın işğal günüdür. Qondarma ”x9dArsax dövləti"ndə bu, bayram hesab edilir. İki on illikdən artıq formalaşmış ənənəyə əsasən, bu ərəfədə cəbhə xəttində gərginləşmə olur. Fikrimcə, bu il də ondan qaçmaq mümkün olmayacaq. Vacib deyil, atəşi birinci kim açacaq. Bu, Azərbaycan ordusunun yeni lokal hücum əməliyyatına başlaması üçün ən əlverişli gündür. Nədən ki, Rusiyanın buna qarışmayacağına yüz faiz zəmanət var. Ən azı üç gün - mayın 7-dən 9-dək Qələbə Günü ilə bağlı bu zəmanət olacaq və Azərbaycan bu 3 gündə nə istəsə, onu öz ərazisində eləməyə ixtiyar sahibidir. Sonra isə Kreml növbəti “sakitləşdirmə”x9d mərhələsinə başlayacaq - hansı mərhələ ki, yalnız konflikt zonasında yeni hərbi-siyasi situasiyanın fiksasiyasından ibarət olacaq".

Rusiyalı politoloqun fikirlərini əslində işğalçı tərəfə sərt xəbərdarlıq kimi də dəyərləndirmək olar. Yəni İrəvan yenə danışıqlar prosesini süni surətdə uzadıb əngəlləməyə çalışacaq, qeyri-konstruktiv mövqe tutmaqda davam edəcəksə, o zaman bunun qarşılığını daha çox sayda hərbçisini itirməklə alacaq. Aprelin 2-si Kəlbəcərin işğal günü idi. Mayın 8-i Şuşanın işğal günüdür. Sonra Laçın, Ağdam, Füzuli və başqa rayonlar gəlir. Ərazilərini güc yolu ilə geri almaq üçün Azərbaycanın motiv-bəhanəsi qədərindən çoxdur...(musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO