Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində 2-5 aprel tarixində baş verən qarşıdurma və bu qarşıdurmanın nəticələri bu gün də cəmiyyətdə ciddi müzakirə mövzusudur. Düşmən həmləsini dəf edən ordumuzun əks-hücumla bir neçə kənd və yüksəkliyi ələ keçirməsi bütün Qarabağın qısa zamanda azad edilməsi ilə bağlı gözləntilərə yol açıb.
Maraqlıdır, 2-5 aprel döyüşlərinin nəticəsi Ermənistanı Qarabağ probleminin sülh yolu ilə həllinə vadar edə bilərmi? Yoxsa bunun üçün düşmənə daha ağır, daha sarsıdıcı zərbənin endirilməsinə ehtiyac var?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy hesab edir ki, istənilən halda işğaldakı torpaqların sülh yolu ilə azad ediləcəyini düşünmək sadəlövhlükdür:
“Əgər kimsə hesab edirsə ki, Ermənistan sülh yolu ilə işğal etdiyi torpaqları qaytaracaq, dərindən yanılır. Hər bir məsələyə məntiqlə yanaşmaq gərək. Ermənistan Rusiyanın vassalıdır. Rusiya əlini Ermənistanın üstündən götürsə, Ermənistan nəinki torpaqları qaytarar, hətta Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etmək üçün Mehri dəhlizindən də imtina edər. Rusiya isəxa0 istəmir ki, işğaldakı torpaqlarımız geri qayıtsın. Bu torpaqlar Ermənistandan çox Rusiyanın işinə yarayır.
Rusiya regionda mövqeyini itirməmək üçün 20 faiz ərazimizi işğalda saxlamaqda davam edir.
Məhz buna görə də Moskva Azərbaycanın torpaqlarını geri almaq cəhdinə mane oldu.
Moskva təhlükəsi olmasına baxmayaraq, fikrimcə, Azərbaycan 4 günlük müharibəni bir az da uzadıb ən azı 1-2 rayonu geri aldıqdan sonra atəşkəsə imza atmalı idi. Nədən ki, həm xalq bunu istəyirdi, həm də ermənilərin çox ciddi bir dərs almasının tam zamanı idi.
Ümumilikdə hesab edirəm ki, 4 günlük müharibə səhvlərlə yanaşı, Azərbaycan ordusunun qüdrətini və ən başlıcası, xalqın yüksək döyüş ruhunu ermənilərə göstərdi. Ümid edək ki, bu, davamı olacaq”x9d.
Seymur Əliyev
xa0




































































































