Aydın Əliyev:

Aydın Əliyev: "Gömrük rüsumu azaldıla bilər"- VİDEO

Hazırda oxunan: Aydın Əliyev: "Gömrük rüsumu azaldıla bilər"- VİDEO

126740
Azərbaycana idxal edilən bir sıra məhsulların gömrük rüsumu azaldıla bilər.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu azaldılmalar əsasən xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarına aid ediləcək.

Aydın Əliyev qeyd edib ki, iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.

Onun sözlərinə görə, İran və Gürcüstanla vizasız rejimdə olduğumuz üçün işbazlar bundan öz məqsədləri üçün istifadə edir. Azalma ilk növbədə ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının ölkəyə idxal hallarının qarşısının alınması ilə bağlıdır.

Aydın Əliyevin iştirakı ilə baş tutan "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda ixracın stimullaşdırılması, sahibkarların gömrük rəsmiləşdirilməsində qarşılaşdığı problemlərə toxunulub. Konfrans zamanı emal gömrük rejiminin tətbiqi də təklif olunub. Yəni, idxalçı malı gömrük komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməldir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO