“Azərbaycanda İtaliyadakı kimi “Təmiz əllər”x9d əməliyyatı keçirilməlidir”x9d

“Azərbaycanda İtaliyadakı kimi “Təmiz əllər”x9d əməliyyatı keçirilməlidir”x9d

Hazırda oxunan: “Azərbaycanda İtaliyadakı kimi “Təmiz əllər”x9d əməliyyatı keçirilməlidir”x9d

121797

Korrupsiyalaşmış məmurların xarici ölkələrdəki pul və daşınmaz əmlakının dövlət tərəfindən müsadirə edilməsi son günlər ictimai-siyasi xadimlər tərəfindən ən çox səsləndirilən təkliflərdən biridir. Bu qəbildən olan siyasilər hesab edir ki, belə bir addımın atılması həm dövlətdən oğurlanan vəsaitlərin eri qaytarılması, həm də böhranın nəticələrinin zəiflədilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy nəinki ali, hətta orta təbəqəyə məxsus məmurlaırn belə xaricdə külli miqdarda maddi vəsaitə və dəyəri milyonlarla hesablanan əmlaka sahib olduğuna diqqət çəkdi:

"Dövlətin mövcud durumunun məsuliyyəti təbii ki, prezident İlham Əliyevin çiynindədir. Prezident bu ağır durumdan çıxmaq üçün islahatlara start verib və bu, təqdirəlayiqdir. Paralel olaraq, İlham Əliyev büdcəni talan edən komanda üzvlərini ciddi cəzalandırdığı halda cəmiyyətdən böyük dəstək hiss edəcək. Bir anlığa təsəvvür edin ki, gəlirlər barədə bəyannamə qanunu qəbul olunub. Yüksək vəzifəli rüşvətxorların komaya düşəcəyi şəksizdir. Ayda 1000-1500 manat maaş alan icra başçısı, nazir, komitə sədri, rektor və sair zatlar 5-10 milyon dollarlıq obyektlərə hansı yolla sahib olduqlarını prezidentin qarşısında açıqlamalıdır. Azərbaycanda hansı vəzifəli şəxsin hansı obyektə sahib olduğunu gizli saxlamaq mümkün deyil. Sadə vətəndaş bunu bilirsə, yuxarılar daha mükəmməl billgilərə malikdir.

Bu gün az-çox olaylardan baş çıxaran adam təsdiq edər ki, nazirlər, icra başçıları, rüşvət almaq, büdcəni talamaq iqtidarında olan digər görəv sahiblərinin əlində milyardlar var. Dövlətdən oğurlanmış pullar dövlətə qaytarılmalıdır".

S.Əlisoyun qənaətincə, dövlət öz gücünü korrupsioner məmurlara göstərməlidir: "Qanun və dövlət öz kimliyini rüşvətxorlara, korrupsionerlərə və monopolistlərə sübut etməlidir. Talançılar, rüşvətxorlar dövlətə qarşı çıxacaqlarmı? Xeyr! Oğruda, talançıda bu cəsarət ola bilməz. Mafiyanın vətəni sayılan İtaliyada ötən əsrin sonlarında "Təmiz əllər" əməliyyatı gerçəkləşdi və dövlət korrupsiyaya, talançılığa yol vermiş vəzifə sahiblərini ciddi cəzalandırdı. Belə bir inqilabi əməliyyata Azərbaycanın ciddi ehtiyacı var. Şəxsi fikrimdir, prezident İlham Əliyev Azərbaycanda anoloji "Təmiz əllər" əməliyyatını gerçəkləşdirsə, 2018-ci ildə prezident seçkilərində şübhəsiz xalq tərəfindən yenidən prezident seçilər".

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO