Almaniyada mühacirətdə yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev 64 yaşının tamam olması münasibətilə tarixçi alim Cəmil Həsənlini təbrik edib.
Mətni Moderator.az - a göndərilən təbrikdə deyilir:
"Bu gün Milli Şuranın sədri,görkəmli ictimai və siyasi xadim, professor Cəmil Həsənlinin doğum günüdür. Milli, mənəvi və əxlaqi dəyərlərin hər gün aşağılandığı, hakimiyyətin qara yaxma layihələrinin "dəstəkləndiyi" bir cəmiyyətdə müxalifət cəbhəsinə rəhbərlik etməyin nə qədər ağır olmasının fərqindəyik.
Dəyərli şəxsiyyətlərlə azadlıq və demokratiya uğrunda mübarizənin tezliklə qələbə qazanacağına əminik.
Cəmil bəy, təbrik edirəm. Saglam, rahat və çox yaşamanızı arzu edirəm."
































































































