İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay facebook səhifəsində İranın ölkəmizdəki agentura şəbəkəsi və bu şəbəkənin ifşa edilməsinin zəruriliyi ilə bağlı facebook səhifəsində maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxucuların diqqətinə çatdırır:
“Aydın olur və rəsmi təsdiq olunur ki, qonşu İranın
parlamentindəki milli təhlükəsizlik və xarici siyasət komissiyası kimi ən vacib
qurumuna rəhbərlik edən general vaxtilə Azərbaycanda Azərbaycana qarşı ağır
dövləti pozuculuq işləri aparıb. Ölkəmizin işğalında
erməni qəsbkarlarına bilavasitə dəstək planının təşkilatçılarından olub. Aydın
olur ki və zaman gəldikcə daha aydın olacaq ki, bir ovuc ermənilər mənfur şimal
və cənub qunşularımızın planlı dəstəyi hesabına torpaqlarımızı işğal ediblər.
Təəssüflər olsun ki, bu cür
iranyönlü, Azərbaycanı sarsıdıb, parçalayıb dağıtmaq məqsədli təxribatçı
agentura şəbəkələri ölkəmizdə bu gün də mövcuddur. Bu məsələdə bilgili tədqiqatçı
kimi yenə narahatlığımı və xəbərdarlığımı bildirirəm. Bu gün onların ölkəmizdəki
strukturları daha da sistemli, daha da güclüdür. Nardaranda, Lənkəranda, Gəncədə
5-10-20 tutulanla, aşkar edilən bir neçə silahla iş bitmir. Bununla
arxayınlaşmaq qəti olmaz. Bu həbs edilənlər təhlükəli cərəyanın yalnız görünən
icraçı tərəfidir. Aysberqin əsas alt, görünməyən tərəfi, İran agenturasının ölkəmizdə
yerbəyer edilmiş əsas dayaq bazaları, isimləri ayırd və ifşa edilib zərərsizləşdirilməlidir.
Hətta islam şiə radikalizmi
və dini ekstremizm terminləri də bu şəbəkə üçün bir pərdədir. Söhbət daha dərin,
yəni, din adı altında böyük geosiyasi məqsədlərdən, Azərbaycan dövlətçiliyinə
qarşı hazırlanan daha dərin planlardan, imkan yetişən kimi ölkəmizi terror və
xaos girdabına yuvarladıb çökdürməkdən gedir. Dövlətimizi, xalqımızı gözləyə
biləcək bu təhlükələr barədə mən bir müddət əvvəl "Aşura bizə
lazımdırmı?" yazımda və Tale Bağırzadə təhlükəsi barədə müraciətimdə bəyan
etmişəm. Və az keçmədi ki, aşura çıxışlarının, yürüş və paradlarının arxasından
silahlı terror çıxdı.
Bu böyük problemin həlli
dövlət təhlükəsizlik və kəşfiyyat xidmətlərinin üzərinə düşür, onların fəaliyyət
sahəsinə aiddir. Yalnız bu cür cpesifik təcrübə və imkanlı strukturlar bu işi
görə bilər. Digər hüquq-mühafizə orqanlarının əməkdaşlığı və ictimaiyyətin dəstəyi
isə işi gücləndirə bilər. Qarşıdan gələ biləcək böhranlı şərait və ya geosiyasi
təlatümlərdən fürsətlənib, aktivləşib dövlətçiliyimizə problem və təxribatlar
yaratmalarını gözləmədən bu gün qətiyyətlə və ən sərt şəkildə bu şəbəkənin
kökünü kəsmək lazımdır.
Vaxt gözləmir. Mübarizə tədbirlərini
birə on qat gücləndirmək lazımdır. Azərbaycanımızı dünyəvi işıqlı gələcəkdən
qaranlıq xürafat cəhalətinə sürükləyənlərə meydan vermək olmaz!”x9d




































































































