Hacı Məmmədov MTN-dən çıxarılır?

Hacı Məmmədov MTN-dən çıxarılır?

Hazırda oxunan: Hacı Məmmədov MTN-dən çıxarılır?

110889
Eldar Mahmudovun nazir postundan uzaqlaşdırılmasından sonra Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun son 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılması yenidən müzakirə mövzusuna çevrilib. 
2007-ci ildə barəsində məhkəmə hökmü çıxarılandan sonra gözlənilənlərin əksinə olaraq, H.Məmmədovu Qobustan Qapalı Həbsxanasına köçürmədilər. Məhkum cəzaların İcrası Məcəlləsinə zidd olaraq, bu günə kimi MTN-in İstintaq Təcridxanasında saxlanılır.

General-leytenant Mədət Quliyevin milli təhlükəsizlik nazirinin birini müavini təyin edilməsindən sonra MTN-in İstintaq  Təcridxanasında təqsirləndirilən şəxslərin hüquqlarının  pozulması da üzə çıxıb. Vəkil Cavad Cavadovun Modern.az saytına verdiyi məlumata görə, M.Quliyevin təyinatından sonra təcridaxanalarda vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda, məhkumların pozulmuş hüquqları bərpa olunmaqdadır.

Bu halda Hacı Məmmədov Qobustan həbsxanasına köçürülə bilərmi?

Pentensiar Xidmətin mətbuat xidmətindən Modern.az saytının sorğusuna cavab olaraq bildirilib ki, məhkumun yerdəyişməsi haqda məlumatın verilməsi qanunaziddir:

“Cəza İcra Məcəlləsinin 16-cı maddəsinə əsasən məhkumun yerdəyişməsi haqqında məlumat, hətta yaxın qohumları və ailə üzvlərinə yalnız onun öz razılığına əsasən verilə bilər”x9d.

Məlumatda qeyd edilir ki, hər hansı cəzalandırılan və ya təqsirləndirilən şəxsin yeri  onun vəkili yaxud yaxınları tərəfindən açıqlana bilər:

“Qanun hətta onlardan alınan cavabın təsdiqlənməsi üçün Pentensiar Xidmətə ünvanalanan sualın cavablandırılmasına icazə vermir”x9d.

Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər”x9d əməliyyatı nəticəsində həbs ediliblər.

Məhkəmənin qərarına əsasən, Hacı Məmmədov, onun keçmiş şöbə müdiri Kamil Sədrəddinov, nazirliyin Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və digər 7 nəfər ömürlük həbs cəzasına məhkum ediliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO