Ermənistanda Azərbaycandan qayıdan əsgərə qadağa...

Ermənistanda Azərbaycandan qayıdan əsgərə qadağa...

Hazırda oxunan: Ermənistanda Azərbaycandan qayıdan əsgərə qadağa...

107125
Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbiçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir.

Virtualaz.org-un erməni KİV-nə istinadən məlumatına görə, Qriqoryanın yeznəsi Armen Arutyunyan bidirib ki, tibbi müayinədən sonra Androniki sorğu-sual üçün polis bölməsinə aparıblar: "Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışdırıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib".

Xatırladaq ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO