"Parisi qane etməyən layihədə yalnız Ukraynanın sorğularında göstərilən tədarükə görə Avropa İttifaqı üzv dövlətlərinə kompensasiyaların nəzərdə tutulmasıdır..."
Fransa Ukrayna üçün döyüş sursatlarının maliyyələşdirilməsi barədə Avropa İttifaqının qərarını bloklayıb.
İki milyard avro məbləğində olan pulları Avropanın Sülh Fondu ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Polşanın mətbuat agentliyi" məlumat yayıb.
Bu pulların yarısı Avropa İttifaqı dövlətlərinin anbarlarından döyüş sursatlarının, ilk növbədə iri çaplı artilleriya mərmilərinin tədarükü ilə bağlı məsrəflərin kompensasiyasına gedəcək. Digər yarısı üçüncü ölkələrdən mərmilərin alınmasına yönələcək.
Parisi qane etməyən layihədə yalnız Ukraynanın sorğularında göstərilən tədarükə görə Avropa İttifaqınının üzv dövlətlərinə kompensasiyaların nəzərdə tutulmasıdır.
Lakin nəşrin mənbəyinin sözlərinə görə, Fransa istənilən döyüş sursatları, o cümlədən raketlər üçün "hətta Kiyevin onları xahiş etmədiyi vəziyyətlərdə" kompensasiya tələb edir.
İkinci bənd üzrə "məsələnin həlli döyüş sursatlarının üçüncü ölkələrdə axtarışı, daha sonra Avropa İttifaqı dövlətlərinin ehtiyatlarından bu üçüncü ölkəyə digər silahın verilməsi yolu ilə kompensasiya edilməsi ola bilərdi". Lakin Paris bu təkliflə razılaşmayıb.
Agentliyin həmsöhbətinin fikrincə, vetoya səbəb Fransanın müdafiə şirkətlərinin maraqlarının lobbiləşdirilməsi ola bilər.
Beləliklə, Paris müəyyən təchizatın məcburi sifariş mexanizmini yaratmaq istəyir, hərçənd, Ukraynanın faktiki bunda ehtiyacı olmaya bilər.
Bu zamanadək Ukraynaya yardıma və ya müharibə törətmiş Rusiyaya qarşı sanksiyalara aid nə varsa, Macarıstan blok edib.
Lakin Ukraynaya döyüş sursatlarının tədarükünün maliyyələşdirilməsi məsələsində Macarıstan hakimiyyətində narazılıq olmayıb.
Bundan öncə xəbər verilib ki, Ukrayna hava şəraiti və silah çatışmazlığı səbəbindən çoxdan gözlənilən əkshücumunu təxirə salıb.

































































































