Samvel Babayan müstəqil oyunçudur, o, hakimiyyətə gəlməkdə maraqlıdır və bunun üçün Paşinyandan istifadə etməyə çalışır.
Moderator.az xəbər verir ki, News.am-ın yaydığı məlumata görə, bunu fevralın 28-də jurnalistlərlə görüşündə politoloq Arqişti Kiviryan deyib.
Lakin onun fikrincə, Babayan etmək istədiklərini bacarmır. Çünki Paşinyan təhlükənin fərqindədir - axı Babayan bundan sonra gözlənilməz, başağrısına çevriləcək.
“Ancaq Babayan ümidini itirmir. Maraqlıdır ki, o, Qarabağda layihələr həyata keçirən və vəzifədən getməsinə uyğunlaşmağa məcbur olan Ruben Vardanyanla əməkdaşlığa hazır olduğunu bəyan edib. Amma bu vəziyyət uzun sürə bilməz, çünki ona hər cür mane olunacaq. Lakin belə bir ittifaqdan hər ikisi faydalanacaq. Bu, sərhədsiz siyasi ambisiyaların və ciddi maliyyə resurslarının ciddi birliyi olacaq”, - Kiviryan əlavə edib.
Qarabağın baş separatçısına gəlincə, Arayik Arutyunyanı yalnız öz kreslosu maraqlandırır, qondarma "respublika"nın taleyi yox. Erməni ekspert buna əmindir.
Sultan Laçın

































































































