Tibb Universitetinin prorektoru: “Reytinqlərdə irəliləmək üçün bunları mütləq etməliyik...”

Tibb Universitetinin prorektoru: “Reytinqlərdə irəliləmək üçün bunları mütləq etməliyik...”

Hazırda oxunan: Tibb Universitetinin prorektoru: “Reytinqlərdə irəliləmək üçün bunları mütləq etməliyik...”

604579

“Azərbaycan universitetlərinin ən böyük problemi öz müsbət və mənfilərini bilməməsidir. İlk olaraq, beynəlxalq reytinqlərin bizdən nə istədiyini araşdırmalıyıq”.

 

Bunu  Moderator.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə  prorektoru Orxan İsayev deyib.

 

Prorektor Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdəki nüfuzu ilə bağlı görülməli işləri və bu istiqamətdəki boşluqları qeyd edib:

 

“Azərbaycan universitetlərinin ən böyük problemi öz müsbət və mənfilərini bilməməsidir. İlk olaraq, beynəlxalq reytinqlərin bizdən nə istədiyini araşdırmalıyıq. Beynəlxalq reytinqlərdə iştirak etmək üçün universitetlərimizdə həmin reytinqlərin standartları tətbiq edilməlidir. Bəlkə də universitetlərimizdə bu standartların bir çoxu mövcuddur. Amma bizim özümüzdən xəbərimiz yoxdur. Azərbaycan təhsilinin beynəlmiləlləşməsi ilə bağlı prezidentin sərəncamı var. Onun tərkibində də beynəlxalq retinqlərdə yer almaq durur.

 

Biz beynəlxalq reytinqlərdə iştirak etmək istəyiriksə, fəaliyyətimizi lazımı kriteriyalar üzrə qurmalıyıq.  İstər elm, istərsə də təhsil sahələri üzrə hansı işləri görməyimizlə bağlı qarşıya məqsədli plan qoyulmalıdır.  Elə öz universitetimizdən götürək: Bəlkə də biz çox işlər görmüşük. Lakin bu işlərin hamısı lazımlıdırmı? Bu baxımdan, universitetlərdə müəyyən bir şöbə yaradılmalı, universitetin fəaliyyəti lazımı kriteriyalara uyğun qurulmalıdır”.

 

O.İsayev şəxsən öz çalışdığı universitetin – Azərbaycan Tibb Universitetinin bu istiqamətdə gördüyü işlər və atacağı addımlardan danışıb:

 

“Bu gün ATU -da  şəxsən  rektorun rəhbərlik etdiyi beynəlxalq reytinqlər üzrə kommisiya fəaliyyət göstərir.  Beynəlxalq reytinqlər üzrə ilk addım olaraq onu deyə bilərik ki, universitetimizin  3 tədris proqramı akkreditasiyadan keçib. Bunlar, tibb, diş həkimliyi və əczaçılıq ixtisaslarıdır.  Bu da beynəlxalq reytinqlərdə mühüm rol oynayan amillərdəndir.

Tibb təhsili sahəsində ali qurum olan dünya Tibb Təhsili Federasiyası tərəfindən təsdiq edilmiş “Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik”lə bizim bizim Təhsildə Keyfiyyətin Təminatı Agentliyi daim birbaşa əlaqədə olub əməkdaşlıq edilər. ATU olaraq, onların reytinq sistemində özümüzü sınaqdan keçirdik.  Fərqli  parametrlər üzrə müxtəlif yerlər, ümumi reytinqlərdə isə ikinci yeri tutduq.  Bununla biz öz zəif və güclü tərəflərimizi gördük. Artıq beynəlxalq reytinqlərə düşmək üçün hansı fəaliyyətləri görməli olduğumuzu bildik. Bununla bağlı univeristetin bütün şöbələrində qarşısına məqsəd qoyulub.

 

Biz son dövrlər əcnəbi mütəxəssislərin dərs prossesinə cəlb edilməsinə səy göstəririk.  Beynəlxalq qurumarla əlaqələri yaradılması, gördüyümüz tədbirlərdəndir. Bu gün 30 fərqli ölkədən 100-ə yaxın elm və tədris qurumu, həmçinin tələbə təcrübə mübadilə proqramlarıyla da əməkdaşlığımız var. Bundan əlavə, beynəlxalq qrantlara diqqət artırılıb. Elə özüm 2-3 günlük beynəlxalq qrant layihələrinin yazılması proqramında iştirak etdim. Mən də öyrəndiklərimi bizim şöbəyə ötürürəm. Artıq bizdə bunun təşviqatı gedir”.

 

“ATU-da hazırda dərs deyən şəxs 20-30 il bundan əvvəlin müəllimindən fərqlənir. Onun qarşısında duran tələblər fərqlidir. Əvvəl sadəcə tədrislə kifayət edirdisə bu gün artıq beynəlxalq layihələrdə, mübadilə proqramlarında iştirak etməlidir. Şəxsi inkişafına xüsusi diqqət ayırmalıdır. Bütün bu faktorlar universitetin beynəlxalq reytinqlərdə yüksəldiməsinə gətirib çıxarır”-, deyə prorektor sonda əlavə edib.

 

Rəna Nəbi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO