"Ağ ev bəyan edib ki, Ukraynada müharibənin bir ili ərzində "Vaqner qrupu" yaralı və məhv edilənlərlə birgə 30 mindən artıq muzdlu itirib..."
Muzdlular Rusiya Müdafiə Nazirliyini "Vaqner qrupu" özəl hərbi şirkətinin döyüş sursatları ilə təmin edilməsinə səhlənkar münasibətdə ittiham edib
"Rusiyalı işğalçıların tərəfində döyüşən "Vaqner qrupu" özəl hərbi şirkətinin yaraqlıları video dərc edərək böyük sayda itkilərdən şikayət edib.
Həm də muzdlular videonu hansısa otaqda döşəmədə olan çoxsaylı meyitlər fonunda çəkib.
Moderator.az xəbər verir ki, bu video özəl hərbi şirkətlə bağlı olan Telegram-kanallarda dərc edilib. Məlumatı "cursorinfo" saytı yayıb.
"Vaqnerçilər" Rusiya Müdafiə Nazirliyni döyüş sursatlarının kifayət qədər tədarük edilməsində səhlənkarlıqda ittiham edib.
Onlar etiraf edib ki, hər gün yüzlərlə əsgər itirir. Muzdluların sözlərinə görə, əgər hərbi funksionerlər onları vaxtında silah və döyüş sursatları ilə təchiz etsəydilər, itkiləri azaltmaq olardı.
Əlavə edək ki, Britaniya kəşfiyyatının məlumatına görə, tammiqyaslı hərbi müdaxilə başlanandan Rusiya qoşunlarının Ukraynada ümumi itkiləri 200 min nəfər təşkil edir, onların 60 faizi məhv edilənlərdir. Bu zaman "vaqnerçilər" arasında itkilər ümumi sayın 50 faizindən çoxdur.
Eyni zamanda, Ağ ev bəyan edib ki, Ukraynada müharibənin bir ili ərzində "Vaqner qrupu" özəl hərbi şirkəti yaralı və məhv edilənlərlə birgə 30 mindən artıq muzdlu itirib. 4 mindən artıq "vaqnerçi" dekabrın ortalarından məhv edilib, onların 90 faizi cəlb edilən məhbuslardır.
Britaniya hərbi idarəsi qeyd edir ki, Rusiyanın itkiləri sentyabr ayında ölkədə qismən səfərbərlik başlanandan sonra sürətlə artmağa başlayıb.
Həm də yeni səfərbər edilənlər çox vaxt öz ölkəsində təlim-məşq poliqonlarında yaralanır. Bu da, əsasən, alkoqoldan sui-istifadə hallarından baş verir. Bunu rusiyalı əsgərlərin ələ keçirilən danışıqları da sübut edir.


































































































