"Biz azadlığın elə bir tank yumruğunu formalaşdırmalıyıq ki, onun zərbələrindən tiraniya bir daha baş qaldırmasın..."
"Ukrayna və bütün Avropanın müdafiəsi üçün birgə mübarizəmiz fəaliyyətdə olan liderlərin tarixi nailiyyətidir..."
"İndi həlledici məsələ silah tədarükünün sürəti və həcmidir..."
"Bizim uzaqvuran raketlər və təyyarələrin tədarükünə ehtiyacımız var..."
Ukrayna prezidenti Vladimir Zelenski Qərb tərəfdaşlarına Ukraynaya müasir tankların verilməsinə görə minnətdarlığını bildirib, həmçinin məlimat verib ki, indi müttəfiqlərdən həm də uzaqvuran raketlər və döyüş təyyarələri almaq lazımdır.
Moderator.az xəbər verir ki, bu barədə o, "Telegram-kanal"ında dərc edilən videomüraciətində bəyan edib. Məlumatı "Arqumentı i faktı" nəşri yayıb.
"Mən bütün bizim müttəfiqlərimizə bizə çox lazım olan müasir tankları verməyə hazır olduqlarına görə minnətdaram. Bütün bunlar indi dünya üçün ən vacibdir, azadlığın daha da möhkəmlənməsi faktı danılmazdır.
Bizim azadlığın möhkəmlənməsi, Ukrayna və Avropanın müdafiəsi üçün birləşərək mübarizə aparmağımız bu gün fəaliyyətdə olan liderlərin tarixi nailiyyətidir", - Zelenski deyib.
Ukrayna dövlətinin rəhbəri həmçinin vurğulayıb ki, "indi ən həlledici məsələ silah tədarükünün sürəti və həcmidir".
"Hərbçilərimizin məşqinin və tankların Ukraynaya tədarükünün sürəti və tank dəstəyinin həcmi çox vacibdir", - o, qeyd edib.
"Biz azadlığın elə bir tank yumruğunu formalaşdırmalıyıq ki, onun zərbələrindən sonra tiraniya bir daha baş qaldırmasın. Biz bunu birlikdə edə bilərik. Bu gün birlikdə qərarlar qəbul etdiyimiz kimi".
Nəhayət, Zelenski məlumat verib ki, müttəfiqlik təkcə müasir tankların tədarükü ilə məhdudlaşmır.
"Bu gün NATO-nun baş katibi Yens Stoltenberqlə danışmışam, - Zelenski məlumat verib. - Ukrayna üçün uzaqvuran raketlərin tədarükü başlanmalıdır, biz həmçinin artilleriyada əməkdaşlığımızı genişləndirməli, Ukrayna üçün təyyarələrin tədarükünə yönəlməliyik".
Bu ərəfədə Ukrayna prezidenti NATO-nun baş katibi ilə Ukrayna üçün "prinsipial olaraq yeni növ silahların tədarükünə qadağaların aradan götürülməsini müzakirə edib.
Xəbər verildiyi kimi, Kiyev Almaniyanın təkrar ixraca razılıq verdiyindən sonra 12 ölkədən 100 ədəd "Leopard-2" tankının alınmasına bel bağlayır.
Bu barədə Amerikanın "ABC news" teleradioyayım şirkəti yüksək vəzifəli ukraynalı məmuruna istinadən məlumat verib.
Onun sözlərinə görə, bu razılaşmalar yanvarın 20-də "Ramştayn" bazasında görüş zamanı əldə edilib. Razılıq əldə edilən ölkələr arasında Polşa, Finlandiya, İspaniya, Niderland və Danimarka vardır.
Bu qədara sövq edən o cümlədən Böyük Briyaniyanın Ukraynaya özünün "Çellencer-2" tanklarının verəcəyi barədə bəyanatı olub.




























































































