"Birləşmiş Ştatlar de-fakto Rusiya ilə son ukraynalıyadək döyüşmək niyyətindədir..."

Hazırda oxunan: "Birləşmiş Ştatlar de-fakto Rusiya ilə son ukraynalıyadək döyüşmək niyyətindədir..."

579796
"Moskva Zelenskidən və Baydendən inciyib, Peskov ukraynalılara acıyıb, Skabeyeva Kiyevi ələ keçirməyə çağırış edib..."
 
"Ukraynaya silah tədarükü münaqişənin həllinə kömək etmir, yalnız Ukrayna xalqının əzablarını uzadır..."
 
"Zelenski bir həftə xarici səfərlərdə olacaq, deməli, Kiyevi ələ keçirmək lazımdır..."
 
Moskva Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri və onun Amerika prezidenti Co Baydenlə danışıqlarını diqqətlə izləyib və onlardan Rusiya ilə barışığa getməyə hazır olduqları barədə heç nə eşitməyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında bəyan edib.
 
"Sülhə gerçəkdən heç bir çağırış səslənməyib-kamera üçün deyil, gerçək çağırışdan söhbət gedir. Bu, onu göstərir ki, Birləşmiş Ştatlar öz xəttini davam edərək, de-fakto Rusiya ilə son ukraynalıyadək döyüşmək niyyətindədir", - Peskov deyib.
 
O, təəssüf etdiyini bildirib ki, nə prezident Bayden, nə də prezident Zelenski tərəfindən "Rusiyanın narahatlıqlarını dinləməyə potensial hazır olduqlarını göstərən hər hansı ifadələr" səsləndirilməyib".
 
Kreml spikerinin sözlərinə görə, Ukraynaya silah tədarükü "münaqişənin həllinə kömək etmir", yalnız Ukrayna sakinlərinin əzablarını uzadır.
 
"Biz görürük ki, Birləşmiş Ştatlar və başqa ölkələr Ukraynaya tədarük edilən silahların assortimentinin genişləndirilməsi və texniki səviyyəsinin yüksəldilməsi yolu ilə gedir. Bu, vəziyyətin tezliklə nizamlanmasına kömək etmir, əksinə, ona gətirib çıxarır ki, Ukrayna xalqının əzabları daha da uzanır", - Peskov deyib.
 
Bu arada isə rusiyalı təbliğatçı Olqa Skabeyeva Zelenskinin ABŞ-a səfərinə münasibət biidirərək, yeni bəyanatla çıxış edib. O, Ukrayna prezidenti səfərlərdə olarkən Kiyevə hücuma başlamağı təklif edib. Bu təkliflə teleaparıcı "Rossiya 1" telekanalının efirində çıxış edib.
 
"Artıq bu gün Zelenski Böyük Britaniyaya, daha sonra Fransaya, nəhayət, Almaniyaya gedəcək. Məqsəd də eynidir: ağır texnika və (300 +) uzaq mənzilli raket almaq. Yəni Zelenski praktiki olaraq bir həftə səfərlərdə olacaq, deməli, Kiyevi ələ keçirmək lazımdır", - Skabeyeva deyib.
 
Xatırladaq ki, dekabrın 21-də Ukrayna prezudenti Zelenski Ağ evi ziyarət edib, prezident Bayden, dövlət katibi Blinken, Baydenin milli təhlükəsizlik üzrə müşaviri Sallivanla görüşüb. Bu, Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra Zelenskinin ilk xarici səfəridir.
 
Yekun mətbuat konfransında Co Bayden bəyan edib ki, Ukraynaya daha bir hərbi yardım paketi ayırıb və ona "Patriot" zenit-raket kompleksi də daxildir.
 
"Mən Ukraynaya 45 milyard əlavə yardım qərarını və ABŞ müdafiə nazirliyinin kritik mühüm silahlarını daha asan tədarük erməsi üçün qanunu imzalamaq imkanını gözləyirəm", - Bayden əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO