Nə susubsan, qoca dünya? -Video

Nə susubsan, qoca dünya? -Video

Hazırda oxunan: Nə susubsan, qoca dünya? -Video

37611


 

Ərəbin halına yandın, nə gözəl, biz də varıq.

Qəhr edir Türkü Yezid zülmü ərəbdən də betər.

Eşidilmir səsin, ağzın quruyub, bizmi karıq?

Bu qədər duyğusuz olmaq yaramaz, bəsdi, yetər!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

Qana qəltan olunan 

Urmunu gör, Təbrizə bax!

 

           ***

Ərəbin haqqı çatır fikrini izhar eləyir.

Yox bu cür məndə hüquq, dağ çəkilibdir dilimə!

Elimin çəkdiyi ah azca qalır ərşə dəyə,

Su verilmir, susayıb, təşnəyə dönmüş gölümə! 

Din adından danışıb qan axıdan dinsizə bax!

Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

 

              ***

Suyu göldən ayırıb çöllüyə döndərdi yağı

Yezidin ağlına gəlməzdi bu cür qanlı fikir.

Quruyur Urmunun odlarda yanan dil dodağı

 Göl də dözmürsə müsibətlərə, millət nə çəkir?!  

Hardasan, torpağımın üstə çıxıb qan dizə, bax!

Nə susubsan, qoca dünya?! Gözünü aç, bizə bax!

                

                ***

Tanrı əlvan yaradıb aləmi, öz təqdiridir.

 Hər yemin öz dadı, hər bir quşun öz nəğməsi var. Türkcəmin varlığı suçdursa, kimin təqsiridir?

 Bəli, əlbəttə, bu məntiqdə qüsur nöqtəsi var.

 Haqqa meydan oxuyan məntiqəsığmaz sözə bax!

 Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!

            

              ***

Eşit artıq bizi, Tehran!

 Ucalır ərşə bu səs,

 Toplanıb qəsrini viran edəcək qəlbdəki kin! 

Qalmayıb sənlə bərabərliyə Türklərdə həvəs!

 Dilə qandalmı vururlar, bumu İslam, bumu din?! 

Bizə din öyrədən üzsüzdəki sən üzə bax!

 Nə susubsan, qoca dünya? Gözünü aç, bizə bax!



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO