
- A-
- A
- A+
Ədəbiyyat
13:35 / 16.05.2016
1 dəq oxunma
Hamı şəkər xəstəsi, düz söz də olur acı...
Hazırda oxunan: Hamı şəkər xəstəsi, düz söz də olur acı...
136850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mən qorxulu adamam,
Düz deyir, düz yazıram...
Gördüyüm yuxuları,
Əyri yox, düz yozuram...
Bir cümlə yalan yazsam,
Od tutub yanar qələm...
Bu qədər düzlük olmaz,
Gərək insafa gələm...
Mənim düz sözüm indi,
Axı, kimə gərəkdi?..
Hamı üçün ağ yalan,
Ağ örpəkli mələkdi...
Şair doğru deyibmiş,
Dünya yalan dünyadır...
Düzü də yalan kimi,
Yola salan dünyadır...
Hamı şəkər xəstəsi,
Düz söz də olur acı...
Şirin yalan yeyənin,
Yoxdur başqa əlacı...
Mən qorxulu adamam,
Hamı məndən gen gəzir...
Hərə bir daş götürüb,
Düz sözün başın əzir...
Deyin, hansı yaxşıdır,
Astarlıq, yoxsa üzlük?..
İndi özünüz seçin -
Ya əyrilik, ya düzlük...
Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































