Bakı qucaq açır, Şəki çağırır...

Bakı qucaq açır, Şəki çağırır...

Hazırda oxunan: Bakı qucaq açır, Şəki çağırır...

119700











Bir azca uzadıb saç - saqqalını,
Ayıb söz yazılmış göy köynək geyir.
Saymayır kasıbı, ayaqyalını,
"Avropa vətəndən yaxşıdır" deyir.
Bir az qırıldayır, guya dil bilir,
Aşıq saz çalanda irişir, gülür.
Nə Şəki, nə Bakı xoşuna gəlir,
Avropa vətəndən yaxşıdır deyir.
Xəyalən o uca dağlara çıxır,
Uçan durnaların ardınca baxır.
Yurdunda olması onu çox sıxır,
Avropa vətəndən yaxşıdır deyir.
Nəhayət, yollanır uzaq ellərə,
Baxır şəhərlərə, baxır çöllərə,
Qərib düzənlərə, qərib göllərə,
Avropa vətəndən yaxşıdır deyir.
Nə qədər çalışır, iş tapa bilmir,
Bəxtin bu cavana rəhmi də gəlmir.
Çəkdiyi əzabın sonu görünmür,
Vətən Avropadan əzizdir deyir.
Gecə səhərədək yatmır, bağırır,
Xəzər nərə çəkib sanki çığırır,
Bakı qucaq açır, Şəki çağırır,
Vətən Avropadan əzizdir deyir.
Ümüdsüz səfərdən ümidlə dönür,
Ürəyi həsrətdən alışıb yanır.
Özünü dünyanın xoşbəxti sanır,
Vətən Avropadan əzizdir deyir.
Ara - bir səksənir, vurur dizinə,
xa0Bayatı söyləyir özü - özünə:
xa0Əzizim, Vətən yaxşı,
xa0Geyməyə kətan yaxşı.
xa0Gəzməyə qərib ölkə,
xa0Ölməyə Vətən yaxşı...

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO