Elton Con Putinlə eynicinslilərdən danışacaq

Elton Con Putinlə eynicinslilərdən danışacaq

Hazırda oxunan: Elton Con Putinlə eynicinslilərdən danışacaq

95753
Məşhur britaniyalı müğənni Elton Con Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə geylər haqda söhbət aparmaq fikrindədir.
 
Axar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu müğənni BBC-yə LGTB cəmiyyətinin fəaliyyəti haqda danışarkən açıqlayıb:
 
“Mən cənab Putinlə görüşməyi çox istəyirəm, ola bilsin ki, bu, əlçatmaz arzudur. O heç məni sonunadək dinləməyib üzümə qapını örtə və məni əsl axmaq adlandıra bilər. Amma mən vicdanım qarşısında təmiz olacam və ən azından biləcəm ki, buna cəhd etdim”x9d.
 
Xatırladaq ki, dünya şöhrətli müğənni daha öncə Kiyevdə keçirilən Yalta Avropa Strategiyası forumunda bu istiqamətdə çıxış etmiş, Ukraynadakı LGTB ictimai birliyinin vəziyyəti haqda müzakirələrə qoşulmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO