ABŞ “Patriot”x9d zenit raket komplekslərini Türkiyədən çıxarır

ABŞ “Patriot”x9d zenit raket komplekslərini Türkiyədən çıxarır

Hazırda oxunan: ABŞ “Patriot”x9d zenit raket komplekslərini Türkiyədən çıxarır

90957
ABŞ bu ilin oktyabr ayında cari missiyası başa çatdıqdan sonra “Patriot”x9d zenit raket komplekslərinin Türkiyə ərazisində qalma müddətini uzatmayacaq.

“Report”x9d xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
NATO-ya üzv ölkələrin altı “Patriot”x9d batareyası (ABŞ, Almaniya və Niderland) 2013-cü ilin fevral ayında Türkiyənin Suriya ilə sərhəd ərazilərində yerləşdirilib. Onların missiyası ölkəni Suriya tərəfdən mümkün hava hücumlarından qorumaq idi.

"ABŞ Türkiyə hökumətini məlumatlandıraraq bildirib ki, Amerikanın “Patriot”x9d komplekslərinin oktyabrda başa çatacaq yerləşdirilmə müddəti uzadılmayacaq", ”” deyə bəyanatda bildirilir.
Həmçinin, qeyd olunur ki, raket kompleksləri son dərəcə zəruri modernləşdirilmə üçün ABŞ-a aparılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO