Azərbaycan vətəndaşı Rusiyadan keçib Fransaya qaçmaq istədi

Azərbaycan vətəndaşı Rusiyadan keçib Fransaya qaçmaq istədi

Hazırda oxunan: Azərbaycan vətəndaşı Rusiyadan keçib Fransaya qaçmaq istədi
89721
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Rusiyanın Kalininqrad vilayətində Polşa ilə sərhəddə Rusiya Federasiyasının sərhədindən Fransaya keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Ruisya KİV-ləri xəbər verir ki, 32 yaşlı azərbaycanlı Baqrationovski rayonunun Şirokoe kəndində saxlanılıb. O, sərhəd yaxınlığında olmasını ətrafı müşahidə etməsi ilə izah edib.

“Amma Moskvada ticarət şirkətlərinin birində çalışan kişinin şəxsi əşyalarına baxış zamanı onun dövlət sərhədini keçməyə hazırlaşdığı aşkar görünüb”x9d - deyə Kalininqrad vilayəti üzrə Rusiya FTX-nin sərhəd idarəsinin mətbuat xidmətindən bildiriblər.

Avropa valyutasından başqa onun üzərində RF və MDB avtomobil yollarının atlası, bir neçə kiçik bıçaq, mobil telefon və rus-fransız danışıq lüğəti olub.

Heç bir müvafiq icazə sənədi olmadan sərhəd zonasında olmasına görə Azərbaycan vətəndaşının Rusiya qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır (oxu.az).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO