Bu il martın 24-də, Fransanın cənubunda qəzaya uğrayan “Airbus A 320”x9d sərnişin təyyarəsinin ikinci pilotu Andreas Lübitsin öz psixoloji durumu ilə bağlı onlarla həkimə müraciət etdiyi bəlli olub.
Moderator.az-ın məlumatına görə, bu barədə “Associated Press”x9d agentliyi Marselin prokuroru Boris Robinə istinadən xəbər yayıb. Prokuror bildirib ki, Lübits suisidə meyllilikdən can qurtarmağa cəhdlər göstərib.
Alman müstəntiqlər təsdiqləyiblər ki, aviaqəzaya bir həftə qalmış pilot internetdə intiharın üsullarını öyrənirmiş. Martın 24-də - sonuncu uçuş günü isə o, uçuş hündürlüyünün azaldılmasını məşq edirmiş.
Hadisə ilə bağlı təhqiqatın gedişi haqda aralıq hesabatda deyilir ki, “cəmi bir neçə dəqiqə sürmüş idarə edilən enməyə heç bir aviasion zərurət olmayıb”x9d.
Xatırladaq ki, qəzada ekipaj üzvləri də daxil, 180 nəfər həyatını itirib.
































































































