Putin bu tanklarla dünyaya meydan oxuyacaq -  FOTO/VİDEO

Putin bu tanklarla dünyaya meydan oxuyacaq - FOTO/VİDEO

Hazırda oxunan: Putin bu tanklarla dünyaya meydan oxuyacaq - FOTO/VİDEO

73282
Rusiyanın istehsal etdiyi yeni tankların görüntüləri yayılıb. 

ANS PRESS-in məlumatına görə, sosial şəbəkələrdə Rusiyanın gizli saxlamağa çalışdığı "T-14 Armat"ın ilk şəkilləri yayılıb. Şəkillər tankların Alabino poliqonuna aparılan zaman çəkilib.

Tanklar brezentlə örtülüb və onların zahiri görünüşü mayın 9-da Moskvada hərbi paradın keçirilməsi anına qədər sirr qalacaq. 

Ən yeni Rusiya tankı OBT T-14 "Armat" dəmiryolu platformasında xüsüsi mühafizə altında qorunub.

Mayın 9-da keçiriləcək paradda Rusiya yeni silahlarından "Armat" tanklarını, "Kurqanes-25", "Bumeranq", "Tayfun-U" zirehli avtomobillərini göstərməyi planlaşdırır.

Həmçinin gözlənilir ki, paradda "Koalisiya-SV" və "Kornet-D" özüyeriyən artilleriya raket kompleksləri də nümayiş olunacaq. 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO