Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

Hazırda oxunan: Rusiya Kiyevi ballistik raketlərlə VURDU – Ölən və yaralılar var – VİDEO

632044

Rusiya qoşunları avqustun 20-ə keçən gecə Ukraynanın paytaxtə Kiyevə və Kiyev vilayətinə ballistik və hipersəsli "Sirkon" raketləri, eləcə də dronlardan istifadə edərək kütləvi zərbə endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko, Kiyev Şəhər Hərbi Administrasiyası və Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Kiyevə hücum zamanı dörd nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.

Ukrayna paytaxtının Solomensk rayonunda doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib, yuxarı mərtəbələri dağılıb və yanğın baş verib. Məktəb binası və uşaq xəstəxanası da zərər görüb. Svyatoşinski rayonunda anbarlar, Darnitskidə isə qeyri-yaşayış binaları yanıb.

Svyatoşinski və Solomyanski rayonlarının bəzi hissələri elektriksiz qalıb. Kiyev vilayətinin Brovarı rayonunda bir nəfər ölüb, daha bir nəfər yaralanıb. Sənaye obyektinə ziyan dəyib, yanğın baş verib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO