Braziliya Xarici İşlər Nazirliyi ABŞ-ın ölkədəki cinayətkar qruplaşmaları "terror təşkilatı" kimi tanıması qərarına sərt reaksiya verib.
Bizim.Media xəbər verir ki, Braziliya XİN-i parlamentin sorğusuna verdiyi cavabda Vaşinqtonun bu addımının ölkə üçün ciddi təhlükəsizlik riskləri yaratdığını bəyan edib.
Söhbət Braziliyanın ən böyük cinayətkar təşkilatları olan "PCC" (Primeiro Comando da Capital) və "CV" (Comando Vermelho)-nun ABŞ tərəfindən "transmilli cinayətkar təşkilatlar" elan edilməsindən gedir.
Braziliya rəsmiləri hesab edir ki, ABŞ-ın antiterror qanunvericiliyindəki qeyri-müəyyən və geniş mənalı ifadələr hər hansı bir hərəkəti terrorla mübarizə pərdəsi altında qiymətləndirməyə imkan verir:
"Belə tədbirlər çox geniş mülahizə imkanları ilə tətbiq oluna bilər. Bu, Braziliya vətəndaşları üçün maliyyə, miqrasiya və cinayət hüququ sahələrində ciddi risklər yaradır. Bundan əlavə, ABŞ-ın Braziliya ərazisində hərbi güc tətbiq etməsi ehtimalı da mövcuddur", - deyə sənəddə qeyd olunub.
Nazirlik vurğulayıb ki, cinayətkar qruplaşmalarla mübarizə üçün beynəlxalq əməkdaşlıq mexanizmləri mövcuddur və ABŞ-ın təkbaşına atdığı bu addımlar Braziliyanın suverenliyinə təhdid yaradır.

Bizim.Media

- A-
- A
- A+
Dünya
10:16 / 07.07.2026
Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO
Hazırda oxunan: Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO
Hazırda oxunan: Braziliya XİN-dən sensasion açıqlama: "ABŞ ölkəmizə hücum edə bilər" - FOTO
623725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































