Keçəlliyin çarəsi dərmanlarda deyil, bu bitkidə İMİŞ

Keçəlliyin çarəsi dərmanlarda deyil, bu bitkidə İMİŞ

Hazırda oxunan: Keçəlliyin çarəsi dərmanlarda deyil, bu bitkidə İMİŞ

619441

Ən çox kişilərdə rast gəlinən saç tökülməsinin müalicəsində ənənəvi Çin təbabətində istifadə edilən bir bitki ümidverici nəticələr göstərib. Alimlər min ildən artıqdır istifadə olunan "He Shou Wu" kimi tanınan boğumluca otu kökünün saç tökülməsini yavaşlada və saç follikullarının yenilənməsini dəstəkləyə biləcəyini bildirirlər.

Bizim.Media Türkiyə mediasına istinadla xəbər verir ki, kişi tipli keçəllik zamanı dihidrotestosteron (DHT) hormonu saç follikullarının tədricən kiçilməsinə səbəb olur.
 

Nəticədə saçlar nazikləşir, böyümə sürəti azalır və zamanla tamamilə dayanır. Hazırda istifadə olunan finasterid və minoksidil kimi preparatlar müəyyən hallarda təsir göstərsə də, bəzi insanlarda əlavə təsirlər yaratdığı üçün hər kəs üçün uyğun hesab edilmir.


Tədqiqatçılar müəyyən ediblər ki, boğumluca otunun qurudulmuş kökü saç böyüməsi ilə əlaqəli bir neçə bioloji mexanizmə təsir göstərə bilir. Bitkinin DHT hormonunun təsirini zəiflədərək saç follikullarını qoruduğu, hüceyrələrin vaxtından əvvəl məhv olmasının qarşısını aldığı və baş dərisində qan dövranını yaxşılaşdırdığı ehtimal edilir.

Alimlərin sözlərinə görə, bitki hüceyrə böyüməsi, toxuma bərpası və hüceyrələrarası əlaqəni tənzimləyən siqnalları da aktivləşdirir. Bu isə saç follikullarının yenidən böyümə mərhələsinə keçməsi ehtimalını artırır.

Araşdırmanın müəlliflərindən Han Bixian bildirib ki, qədim Çin mənbələrində təsvir olunan təsirlər müasir saç biologiyası ilə üst-üstə düşür:

"Müasir tədqiqatlar bunun folklor deyil, farmakologiya olduğunu təsdiqləyir".

Tədqiqat çərçivəsində laboratoriya araşdırmaları, klinik hesabatlar və tarixi bitkiçilik mənbələri müqayisə edilib. Nəticələr göstərir ki, boğumluca otu təkcə mövcud saçları qorumaqla kifayətlənmir, həm də saçların yenidən çıxmasını dəstəkləyən şərait yarada bilər. Bununla belə, mütəxəssislər qəti nəticələr əldə etmək üçün daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO