Türkiyədə yaşayan azərbaycanlı Şamil Xalid şəriki tərəfindən mübahisə nəticəsində güllələnərək öldürülüb.
Sözügedən dəhşətli hadisənin görüntüləri ortaya çıxıb.
Qasıq nahiyəsindən güllə yarası alan Şamil Xalid qaçaraq meyə-tərəvəz dükanına sığınıb. Lakin qatil onun arxasınca gələrək orada da 3 güllə ilə vuraraq öldürülüb.
Azərbaycanlı şərikini öldürən Ahmet Dikbaş polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, qətlin Türkiyənin Ankara şəhərində baş verdiyi bildirilir.




































































































