KİV: Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

KİV: Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər

Hazırda oxunan: KİV: Əfqanıstanda Talibanın ən azı 10 nəfər silahlısını zəhərləyərək öldürüblər
610494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının azı 10 tərəfdarı ölkənin cənubunda yerləşən Hilmənd əyalətində zəhərlənmə nəticəsində ölüb.

Bu barədə bazar günü yerli mənbəyə istinadən Khaama Press agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə cümə günü əyalətin mərkəzi hissəsində baş verib. Ən azı 10 radikal zəhərlənmiş yemək yeyib və tezliklə ölüblər, onların hamısı Taliban keçid məntəqəsini mühafizə edirdi.

Mənbə bunun planlaşdırılmış hadisə olduğunu iddia etsə də, insidentdə hansı təşkilatın əli ola biləcəyi barədə ətraflı məlumat verməyib.

Məlumata görə, Taliban tərəfindən təyin edilmiş yerli administrasiya nümayəndələri Hilmənddə öz yaraqlılarının ölümünü təsdiq etmir və bunu gizlətməyə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO