Nazirlik: Ölkədə fermerlərə dəstək üçün subsidiya və kredit mexanizmləri mövcuddur

Nazirlik: Ölkədə fermerlərə dəstək üçün subsidiya və kredit mexanizmləri mövcuddur

Hazırda oxunan: Nazirlik: Ölkədə fermerlərə dəstək üçün subsidiya və kredit mexanizmləri mövcuddur
604848
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əsas məqsəd mövcud torpaq və su resurslarından intensiv yanaşmalar tətbiq etməklə səmərəli istifadə etmək, aqrar sahə üzrə yeni ideyaları, startapları dəstəkləmək, ərzaq təhlükəsizliyini təmin etmək, kənd yerlərində yaşayan əhalinin aqrar sahədə məşulluğunun artırılması yolu ilə sosial rifahının yaxşılaşması, yerli məzənnənin güclənməsinə dəstək verəcək ixrac potensialının artırılması, o cümlədən ixrac coğrafiyasının genişlənməsidir.

Bunu kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov "Agro Business Forum Azerbaijan-2023" forum-sərgisinin açılış mərasimində çıxışı zamanı bildirib.

"Belə ki, aqrar sektor bütün növ vergi ödəmələrindən azaddır. Ölkədə fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur.

Bununla yanaşı, biz aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarımızı ədalətli rəqabətə açmışıq. Hazırda xarici şirkətlər heç bir bürokratik prosedur olmadan müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilirlər. İnnovativ metodlara əsaslanan bu elektron xidmətlər aqrotexniki xidmətlərin idarəçiliyində tamamilə şəffaflıq yaradacaq, zaman itkisinin qarşısını alacaq və fermerlərə operativ xidmət göstərməyə imkan verəcək",- deyə Elçin Zeynalov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO