Sülhməramlıların ən qanlı ayı

Sülhməramlıların ən qanlı ayı

Hazırda oxunan: Sülhməramlıların ən qanlı ayı

58342
Oktyabr ayı sülhməramlı qüvvələr üçün ən qanlı aylardan biri olub. Bu ayda, əsasən, Sudan, Mali və Mərkəzi Afrika Respublikasında Birləşmiş Millətlər Təşkilatının 14 sülhməramlı nümayəndəsi ölüb. Təşkilatın baş katibi Ban Ki Mun bu barədə açıqlama verib.

Sonuncu ölüm halı Sudanın Darfur şəhərində qeydə alınıb. Burada BMT və Afrika İttifaqının sülh missiyasını yerinə yetirən iki nəfər naməlum silahlıların hücumuna məruz qalaraq öldürülüb.

Ban Ki Mun sülhməramlılara qarşı törədilən hücumların dəhşətli olduğunu deyib.

Təşkilat rəsmisi, eyni zamanda, Suriyada yaşanan zorakılıqları tənqid edib.

“Suriyadakı vəziyyətlə əlaqədar həyəcan içindəyəm. Kobanidə baş verən qətliamların qarşısını almaq və mülki insanları qorumaq üçün beynəlxalq ictimaiyyətə səslənirəm. Bütün Suriya ərazində mülki insanlar İŞİD barbarlığı ilə üz-üzədir” - deyə Ban Ki Mun qeyd edib.

Ban Ki Mun, İŞİD-lə yanaşı, Suriya hökumətini də mülkilərə barel bombaları ilə hücum etməkdə ittiham edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO