Parlament Davudoğlu hökumətinə etimad göstərib

Parlament Davudoğlu hökumətinə etimad göstərib

Hazırda oxunan: Parlament Davudoğlu hökumətinə etimad göstərib

54283
Bu gün Türkiyə Böyük Millət Məclisində hökumətə etimad səsverməsi keçirilib.

APA - nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, müxalifət liderlərindən yalnız Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı iclasa qatılıb.
 
Baş nazir Əhməd Davudoğlu və nazirlərin iştirak etdiyi iclasda 439 deputatdan 306 nəfər hökuməti dəstəkləyib. Bununla da Ə. Davudoğlunun rəhbərlik etdiyi hökumət parlamentdə etimad səsverməsindən keçib.
 
Səsvermədən sonra Ə. Davudoğlu çıxış edərək hökumətə etimad göstərdikləri üçün deputatlara təşəkkürünü bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO