Ukraynada sabiq məmur intihar edib -  VİDEO

Ukraynada sabiq məmur intihar edib - VİDEO

Hazırda oxunan: Ukraynada sabiq məmur intihar edib - VİDEO

53330
Ukraynada Dövlət Əmlakı Fondunun keçmiş rəhbəri Valentina Semenyuk-Samsonenko intihar edib.

Ötən gün axşam saatlarında keçmiş məmurun meyiti öz evindən tapılıb. Onun üzərində güllə yarası aşkarlanıb. Hüquq mühafizə orqanlarının məlumatına görə, qadın ov tüfəngi ilə çənə nahiyəsindən atəş açmaqla intihar edib. Silah Valentina Semenyuk-Samsonenkonun meyitinin yanında olub.
 
Sabiq məmurun meyitini kimin tapdığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.
 
57 yaşlı Valentina Semenyuk-Samsonenko 2005-2008-ci illərdə Dövlət Əmlakı Fondunun rəhbəri olub. O, dörd çağırış xalq deputatı seçilib. Sabiq məmur Ukrayna Sosialist Partiyasının üzvü idi.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO